HƏMAS İran ilə əlaqələrin inkişafına maraqlıdır
Posted on : Digər sahələr 10/16/2017 12:59:31 PM
Mahmud əz-Zohar daha sonra bunları bildirib: "Fələstin müqavimətinin Qəzza zolağında sionist İsrail rejimi üzərində qələbəsində İranın da payı var. Belə ki, HƏMAS işğalçı İsrailin təcavüzü zamanı İranla əlaqələri yüksək səviyyədə olub. İranın etdiyi hərbi yardım nəticəsində sionist İsrail rejiminə qarşı aparılan müqavimət döyüşündə effektiv nəticələr əldə edə bildik. İranın Fələstin xalqına ideoloji dəstəyi də müqavimətin ruhiyyəsinin möhkəmlənməsinə müsbət təsir edib."
Mahmud əz-Zohar qeyd edib ki, "HƏMAS bütün ərəb ölkələri və İslam təşkilatları ilə yaxşı münasibətdə olmaldır. Xüsusilə İran, Suriya, "Hizbullah" və Fars körfəzi ölkələri ilə."
İsrail rejiminin yaxın zamanlarda yeni təcavüzünün olmayacağını qeyd edən Mahmud az-Zohar bildirib ki, "HƏMAS və müqavimət hər zaman təcavüzkar rejimə layiqli cavab verməyə hazırdır."