header

 Hicab keçmişə qayıtmaq deyil, milli kimliyimizə qayıtmaqdır

qadınları namus-qeyrət rəmzi olub. Və bu namus məktəbini daha da kamilləşdirmək üçün, yad gözlərdən qorunmaq üçün Allahın buyurduğu örtünmə yolunu seçib. Və həmin məktəbin övladlarıdır bugünkü namuslu, qeyrətli ana-bacılar. Sovetlər dövründə Azərbaycan qadınlarının hicabı yavaş-yavaş, qara maarifləndirmə yolu ilə açılsa da, ictimai qınaq, milli adət-ənənə imkan dairəsində namussuzluğun qarşısını aldı. Lakin insanlar Allahın vacib əmrindən uzaq düşdüklərinə görə, elə bil ki, Allah-taala “hicab” adlı nuru, bərəkəti bu məmləkətdən çəkdi. Dubaydan, Taylanddan gələn qadınların səsi həmin hicab adlı mühafizənin yox olmasından idi. Bu gün çılpaq bədənləri ilə musiqi aləmində, kinofilmlərdə ulduz olmaq istəyən bəzi azəri qızları artıq inkişafın yollarını soyunmada görürlərsə, bunun hamısı hicab adlı mühafizənin itməsindən irəli gəlir. Lakin ən pisi odur ki, dırnaqarası ziyalılarımıza hicab əleyhinə mübarizə aparmaqda telekanallar, radiolar, qəzet və saytlar şərait yaradır. Bir sözlə, cəmiyyətdə belə bir ictimai rəy yaradırlar ki, hicab geriçiliyə, savadsızlığa aparır.

Əcəba, onlar Məhsətinin, Sara Xatunun, Xurşudbanunun kim olduğunu bilmirlərmi?! Həmin şəxslərin bəzisi qızarmadan yalan danışırlar ki, Türk qadını hicablı olmayıb. Mən sual verirəm: 20-ci əsrə qədər Türk qadınının soyunmuş halda gəzməsi harada yazılıb? Sizin bu dediyiniz kommunist ideologiyası ilə zəhərlənmiş sovet hakimiyyətindən qalıb. Siz bu gerizəkalılığınızla geridə qalmış, çürümüş sovet ideyasından qurtula bilmirsiniz, nə üzlə türk qadınına şər atırsınız? Əgər Azərbaycan qadını çılpaq idisə, niyə Qərbin təbliğat təsiri ilə çarşabını atan qadına Bakının mərkəzində heykəl qoymusunuz?

Heçmi əsrin əvvəllərindəki fotolara baxa bilməmisiniz? Xeyr, gözəl  bilirsiniz. Sadəcə, siz sovetləri pisləyə-pisləyə dolayısı yolla onların varisi sayılan rus dövlətinə işləyirsiniz. Sizin hamiləriniz gözəl bilir ki, Azərbaycan xalqı dininə qayıtsa, Azərbaycan qadınları hicaba qayıtsa, onlardan Cavad xan kimi oğullar dünyaya gələcək. Şah İsmayıl kimi Fatehlər yetişəcək. Və bu xalq öz dini ilə, hicabı ilə milli kimliyinə qayıdaraq Qafqazda heç kimin ayaq topuna çevrilməyəcək. Sizin istəyiniz Azərbaycan xalqının milli kimliyindən uzaq düşəməsidir. Nə qədər ki, gec deyil, çəkinin bu mənfur niyyətdən. Yoxsa tarix özü sizi mühakimə edəcək və övladlarınız bu addımlarınıza görə gələcəkdə sizi lənətləyəcək.

Vüsal Hətəmov /birlik

 

“Ərdəbil Məhde Təşəyyo ”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap