header

 İmam Əlinin (ə) imamət və vilayətini göstərən ayələr

Qurani-kərimə müraciət etdikdə həzrət Əlinin (ə) və ya bütün Əhli-beytin (ə) imamət və vilayəti haqqında çoxsaylı ayələrin mövcud olduğunun şahidi oluruq. Belə ayələrdən bir neçəsinə nəzər salaq:

1. Vilayət ayəsi;
“Sizin vəliniz (haminiz) ancaq Allah, onun Peyğəmbəri və ona iman gətirənlərdir; o kəslər ki, (Allaha boyun əyərək) namaz qılır və rüku halında zəkat verirlər”
(“Maidə”, 55).
Bu ayənin nazilolma səbəbi tarixi qaynaqlarda, hədis və təfsir kitablarında belə qeyd edilmişdir:
“Bir gün yoxsul bir kişi məscidə daxil olub kömək istədi. Onun bu istəyinə məhəl qoyan olmadı. Bu zaman məsciddə namaz qılan Əli (ə) rükuda olmasına baxmayaraq, öz üzüyünü sədəqə olaraq yoxsul kişiyə verdi. Elə həmin an məlum ayə Cəbrail vasitəsi ilə öz evində əyləşmiş Peyğəmbərə (s) nazil oldu”.
İbn Kəsir səhih sənədlə Sələmə ibn Küheyldən nəql edir: “Əli (ə) rüku vəziyyətində öz üzüyünü sədəqə verdi və bu zaman “Maidə” surəsinin 55-ci ayəsi nazil oldu”. (“Təfsiri-İbn Kəsir”, c. 1, səh. 64.)
Hakim Nişapuri səhih sənədlə Əlidən (ə) nəql edir: “Bu ayə (“Maidə”, 55) nazil olduğu zaman Peyğəmbər (s) məscidə gəldi. Məsciddəkilər namaz qılırdılar. Peyğəmbər (s) də namaz qıldı. Bu zaman məsciddə bir dilənçi gördü və ondan soruşdu: “Sənə bir şey verən oldumu?” Dilənçi Əlini (ə) göstərərək dedi: “Bəli, yalnız bu kişi rükuda ikən öz üzüyünü mənə verdi”. (“Mərifə ülum əl-hədis”, səh. 102.)
Eyni məzmunlu səhih hədisi İbn Əsir də Əlidən (ə) nəql etmişdir. (“Tarixi-Dəməşq”, c. 2, səh. 64.)
Bu ayəyə əsaslanaraq Əlinin (ə) imamət və vilayətini digər şəkildə də izah etmək olar. Belə ki, Peyğəmbərin (s) vilayətində məqsəd imamət məsələsi ilə bağlı vilayətidir. Quranda oxuyuruq:
“Peyğəmbər möminlərə onların özündən daha yaxındır (daha üstün və ixtiyar sahibidir)”. (“Əhzab”, 6.)
Qədir-Xum günü Peyğəmbər (s) buyurdu:
“Mən sizə sizin özünüzdən daha yaxın (daha üstün və ixtiyar sahibiniz) deyiləmmi?
Oradakılar dedilər: “Bəli, ey Allahın elçisi!” Bu zaman Peyğəmbər (s) buyurdu:
“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.
Yuxarıda qeyd olunan hədis eyni məzmunda on səhabə tərəfindən nəql edilmiş və əllidən çox əhli-sünnə alimi öz kitabında qeyd etmişdir. Belə alimlərə misal olaraq Təbərani (“Möcəm əl-övsət”, c. 7, səh. 10, hədis: 6228.), Əbu Bəkr Cəssas (“Əhkam əl-Quran”, c. 2, səh. 446.), Vahidi (“Əsbab ən-nüzul”, səh. 133.), Zəməxşəri (“Əl-Kəşşaf”, c. 1, səh. 649.) və başqalarını göstərmək olar.

2. “Təbliğ” ayəsi;
Allah-Taala buyurur:
“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təblğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.” (“Maidə”, 67).
Əbu Nəim İsfahani səhih sənədlə Əbu Səid Xudridən bu ayənin İmam Əli (s) haqqında nazil olduğunu nəql edir. (İbn Bitriq “əl-Xəsais” əsərində Əbu Nəim İsfahaninin “Ma nəzələ min əl-Quran fi Əli (ə)” əsərindən sitat gətirilmişdir.) İbn Əsakir də səhih sənədlə Əbu Xudridən bu ayənin Qədir-Xumda Əli (s) haqqında nazil olduğunu nəql edir. (“İmam Əli”, İbn Əsakir, c. 2, səh. 86.)
Bu hədis səkkiz səhabə və on dörd əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.

3. “İkmal” ayəsi.
Allah-Taala buyurur:
“Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın. Məndən qorxun! Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim.” (“Maidə”, 3).
Xətib Bağdadi səhih sənədlə Əbu Hüreyrədən nəql edir:
“Allah-Taala zilhəccə ayının on səkkizinci günü (Qədir-Xum günü) oruc tutana altmış ay orucun savabını verir. Qədir-Xum günü o gündür ki, Peyğəmbər (s) Əlinin (s) əlindən tutaraq qarşısındakı kütləyə müraciətlə buyurdu: “Mən möminlər mövlası deyiləmmi?” Onlar dedilər: “Bəli, ey Allahın rəsulu!” Bu zaman Peyğəmbər (s) buyurdu: “Mən kimin mövlasıyamsa , Əli də onun mövlasıdır”. Peyğəmbərin (s) bu sözlərini eşidən Ömər iki dəfə Əlini (s) təbrik edərək dedi: “Ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun”. Həmin an sözügedən ayə nazil oldu. Həmin hədisi İbn Əsakir heç bir məzmun fərqi olmadan bir necə digər səhih sənədlə nəql etmişdir. (“Tarixi-Dəməşq”.) Bundan başqa on beşdən çox əhli-sünnə alimi də həmin hədisi qeyd etmişdir.

 

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap