header

 Seyid Həsən Nəsrullah: Ayətullah Xamenei ilə...

Ayətullah Xameneinin sözləri bütün təhlillərimizə, əlimizdə olan informasiyalara zidd idi. Amma...

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah “Ayətullah Xameneinin nəzərində yenilik və ictihad” konfransındakı çıxışında oxucular üçün maraqlı ola biləcək fikirlər açıqlayıb. Bir neçə il öncə keçirilmiş bu konfransda Hizbullah liderinin çıxışı Əl-Aləm və Əl-Minar şəbəkələri vasitəsi ilə birbaşa yayımlanıb.
Seyid Həsən Nəsrullah deyib: Bu konfransda giriş sözü ilə çıxış etmək mənim üçün bir iftixardır. Bu konfrans öz missiyasına görə çox əhəmiyyətlidir. Çünki İran xaricində Ayətullah Xameneinin düşüncə və şəxsiyyətinə həsr olunmuş ilk konfransdayıq. Konfransın bütün təşkilatçılarına, iştirakçılara, dinləyicilərə öz təşəkkürümü bildirirəm.
Seyid Həsən Nəsrullah əlavə edib: Ayətullah Xamenei ilə ilk tanışlığım 1986-cı ilə təsadüf edir. Həmin il cənab Xamenei ilə görüşmək imkanım çox oldu. Onun düşüncələri, təhlilləri, baxışları, cəmiyyətə rəhbərliyi, həssas məqamlarda necə qərar çıxarması ilə tanış oldum. Bundan əlavə Həzrət Ağanın müstəsna əxlaqi xüsusiyyətləri var.
Seyid Həsən Nəsrullah deyib: Ayətullah Xamenei ilə uzun mütaliə və araşdırmalardan sonrakı tanışlıq əsasında deyə bilərəm ki, biz böyük imam hüzurundayıq. Onun rəhbərliyi, təqvası, ictihadı misilsizdir. Onun kompleks, dərin, əsaslı baxışları var. Düşüncə üsulları, problemləri tanımaq, mövcud imkanları dəyərləndirmək, münasib taktikaları bilmək onun xarakterik səciyyələridir. Bu xüsusiyyətlər səbəbindən Ayətullah Xamenei mövcud vəziyyəti son incəliklərinə qədər dəyərləndirə bilir. Onun belə dəqiq dəyərləndirməsi öncə qeyd etdiyim kompleks baxışından qaynaqlanır. O heç bir məsələyə birtərəfli yanaşmır. Ayətullah Xamenei müxtəlif hadisələr, cərəyanları həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis kimi dəqiq qiymətləndirir.
Seyid Həsən Nəsrullah əlavə edib: Biz özümüzü böyük və müstəsna şəxsiyyət qarşısında görürük. Şahidik ki, ümmət arasında çoxları bu böyük şəxsiyyət haqqında cüzi məlumata malikdir. Müstəsna xüsusiyyətləri ilə tanınmadığına görə onu İslam ümməti, hətta öz ölkəsində məzlum saymaq olar. Ayətullah Xameneinin böyük məharətə malik olduğu siyasət və rəhbərlik sahəsində tanıyanlar çox azdır. Bu şəxsiyyət bir tərəfdən düşmənlərin mühasirəsindədir. Digər tərəfdən dostlar onu olduğu kimi tanımamaqla haqqını əda etmir. Ayətullah Xameneini tanıtdırmaq bizim mühüm vəzifələrimizdəndir. Biz onu ümmətə tanıtdırmalıyıq ki, ümmət bu şəxsin misilsiz ictimai-siyasi, fiqhi təfəkkürü işığında öz problemlərini həll edə bilsin. İslam dünyası əsrlərdir ki, böhran yaşıyır. Belə böhran ardınca Xamenei kimi şəxsiyyətin səhnəyə gəlişi ən böyük ilahi lütfdür. Bu konfransın məsulları Ayətullah Xamenei şəxsiyyətini ümmətə tanıtdırmaqla çox böyük bir məsuliyyəti yerinə yetirmiş olur.
Hizbullah lideri deyib: Ayətullah Xamenei daim Müqavimət Hərəkatının qələbəsindən danışırdı. Hələ 1996-cı ildə deyirdi ki, sionist rejim yaxşı vəziyyətdə deyil, Livanın işğalını davam etdirməyə gücü çatmır. Buyururdu ki, İsrail Livanda başını itirmiş vəziyyətdədir. Nə irəli gedə bilir, nədə geri çəkilə bilir. Tövsiyə edirdi ki, birqədər səbrli olsanız, zamanın keçməsini gözləsəniz, onların taleyini müqavimətin atacağı addımlar təyin edəcək. 1999-cu ilin sonlarında İsraildə baş nazir seçkiləri keçirildi. Barak Netanyahonu məğlub edib baş nazir postuna yiyələndi. Qərara gəldi ki, iyunda Livandan çıxsın. Livan və Suriyada elə bir vəziyyət mövcud idi ki, kimsə Barakın sözlərinə inanmadı. Amma şahid olduq ki, o Livandan çıxmaqla İsrailin təhlükəsizliyinə ümid edir. Biz düşünürdük ki, İsrailə zəmanət verməsək onlar Livanın cənubundan çıxmayacaq. Amma Ayətullah Xamenei ilə görüşəndə onun başqa fikirdə olduğunu gördüm. Həzrət ağa buyurdu ki, Livanda qələbəniz çox yaxındır. Dedi o qədər yaxındır ki, bunu təsəvvür etmirsiniz. Ayətullah Xameneinin sözləri bütün təhlillərimizə, əlimizdə olan informasiyalara zidd idi. Sionist rejimin geri çəkiləcəyinə əsas verən heç bir dəlil, əlamət yox idi. Amma Ayətullah Xamenei Hizbullahdan olan məsullara buyurmuşdu ki, özünüzü böyük qələbəyə hazırlayın. O bizə necə çıxış etməyi, necə bəyanatlar verməyi öyrədirdi. Biz təəccüb içində olsaqda Sionist rejim Livanın cənubundan çıxdı. Biz bu hadisəni gözləmirdik.
Seyid Həsən Nəsrullah deyib: 33 günlük müharibədə məqsəd Livan müqavimətini məhv etmək idi. Nəzərə alsaq ki, İsraili dünya və ərəb ölkələri himayə edirdi, bu müharibəni dünya müharibəsi adlandıra bilərik. Biz bu müharibədə sionist rejimin bütün vəhşi sifətlərinə şahid olduq. Başdan ayağa ən müasir silahlarla silahlanmış sionist rejim yalnız özünə arxalanan müqavimətə ən amansız zərbələri endirirdi. Belə bir müharibədə qələbədən danışmaq ciddi görünmürdü. Hadisələrin ən gərgin anlarında mötəbər dostlardan biri Ayətullah Xameneinin göstərişini mənə çatdırdı. Rəhbər buyurmuşdu: “Sizin sionist rejimlə müharibəniz bütün qəbilələrin peyğəmbər əleyhinə qalxdığı müharibəyə bənzəyir. Amma onlar məqsədə çatmadı, məğlub oldular. Allaha təvəkkül edin, əmin olun ki, bu meydanda siz qalibsiniz. Bu qələbədən sonra böyük güc əldə edəcəksiniz.” O zaman kimsə inanmırdı ki, həzrət ağanın sözləri həyata keçəcək. Sonradan hamı Hizbullahın qələbəsinə şahid oldu.
Hizbullah lideri deyib:11 sentyabır hadisələrindən sonra Amerikanın necə amansızlıqla İslam dünyasına, yaxın şərqə hücum çəkdiyini gördük. Elə bir hücüm həyata keçirdilər ki, məntəqədə Amerika əsrinin yarandığını düşündülər. Bu müharibə səlib müharibələrinə bənzədilirdi. Məntəqə xalqları 100-200 illik əsarətə hazırlaşırdı. Həmin vaxt İranda səfərdə oldum. Həzrət Ağa ilə görüşdüm. Ondan Amerikanın məntəqəyə hücumu barədə fikirlərini soruşdum. Həmin dövrdə İranın bəzi məsulları Həzrət Ağanın görüşünə gəlir, ona Amerika ilə sazişə getməyi məsləhət görürdülər. Amma Həzrət Ağa öz misilsiz siyasi uzaqgörənliyi ilə belə təklifləri rədd etdi və buyurdu: “ABŞ hazırda zirvə nöqtəsinə qalxıb, bundan sonra onun süqutunu gözləməliyik. Amerika bu məntəqədə acılar dadacaq. Onun süqutu intizarında olun, bu fikirlə səbr edin.”
Seyid Həsən Nəsrullah deyib: Həzrət Ağa buyururdu ki, Amerikanın Əfqanıstan və İraqı işğal etməsi onu göstərir ki, bu ölkə məntəqədəki mənafelərini qoruya bilmədiyi üçün hərbi müdaxiləyə əl atıb. Bu hücüm ABŞ-ın gücünü yox, zəifliyini göstərir. Buna şərait yaradan isə məntəqədə ölkə başçıları və xalqların nadanlığıdır.”
Hizbullah baş katibi deyib: Cəsarətlə deyə bilərəm ki, İslam və Ərəb dünyası ABŞ-ın başçılığı ilə məntəqəyə hücümdan sonra ağır günlər yaşayıb. Onlar təslim olanlardan ötüb müxaliflərini əzirdilər. Bütün bu dövrdə Ayətullah Xamenei vəziyyəti ən düzgün qiymətləndirən şəxs oldu, məntəqə xalqlarına ən düzgün yolu göstərdi.
Seyid Həsən Nəsrullah deyib: Ayətullah Xamenei belə düşünür ki, Sionist rejim süqut ərəfəsindədir və bu süqut uzun sürməyəcək. Onun fikirincə biz tezliklə sionist rejimin məhvinə şahid olacağıq. Ayətullah Xamenei sionist rejimlə istənilən bir sazişin səmərəsiz olduğunu düşünür. Fələstin və onun ətrafında baş verən hadisələrin əsas xətti olaraq Müqavimət hərəkatını səmərəli sayır. Gənc nəsil ümid edir ki, işğal olunmuş torpaqlara qayıdacaq. Ayətullah Xameneinin İsrailin zəifliyi haqqında fikirlərinin 33 günlük müharibədə, Qəzzə müharibəsində təsdiqini gördük.
Hizbullah lideri deyib: Bu konfransın açılışında Coulan sərhədlərində aksiya keçirən, müqaviməti davam etdirən, sionist rejimlə mübarizə aparan Fələstinlilər qarşısında baş əyməliyik. Onlara təşəkkür etməliyik. Onlar ABŞ-ın məntəqədəki planlarını növbəti dəfə puça çıxardılar.
Seyid Həsən Nəsrullah deyib: Şübhəsiz fələstinli gənclərin axan qanı bir daha göstərdiki insan haqları və demakratiyadan danışan, işğalçı İsraili müdafiə edən ABŞ sionist rejimdən fərqlənmir. Bu qanlar İmam Xomeyninin başladığı və onun layiqli canişini Ayətullah Xameneinin davam etdirdiyi oyanışa hərəkət verir.
Hizbullah lideri deyib: 1990-cı ildə Madrid konfransında ABŞ elan etdi ki, müzakirələr uğurla aparılır və Oslo müqaviləsi Fələstin-İsrail böhranını həll edəcək. Əksəriyyət bu fikirdə idi ki, sionist rejimlə müharibə dövrü başa çatır.
Seyid Həsən Nəsrullah dyeib: O zaman Ayətullah Xamenei razılaşma ilə bağlı tamam fərqli münasibət bildirdi. Həzrət ağa buyurdu ki, ABŞ öz fikirlərini İsrailə qəbul etdirə bilməyəcək. Müqavilədən 20 il ötsə də Madrid konfransı səmərə vermədi. Biz bir daha Həzrət ağanın uzaqgörənliyinə şahid olduq.
Hizbullah lideri deyib: 1996-cı ildə Suriya ilə İsrail arasındakı müzakirələri yada salın. İshaq Rabinin Coulan yüksəkliklərindən çəkilməklə bağlı vədi gündəmdə idi. O zaman hamı İsraillə problemlərin başa çatdığını deyirdi. Deyirdilər ki, artıq müqavimətə, qana ehtiyac qalmayıb. Bizdən tələb edirdilər ki, yalnız sülh barədə düşünək. Ayətullah Xamenei yaranmış şəraitlə bağlı buyurdu ki, İsraillə sülh müqaviləsi baş tutmayacaq və qələbəyə qədər müqavimət hərəkatını davam etdirin. Həzrət Ağa buyururdu ki, İshaq Rabin verdiyi vədlərin üzərində dayanmayacaq. Bu vədləri verib İsrailə qayıdan İshaq Rabin qətlə yetirildi və onun vədləri puça çıxdı.
Hizbullah lideri deyib: Fələstində Həmas və İslam Cihad hərəkatı güclü hücumlara məruz qalır. Mütəxəssislər deyirdilər ki, Fələstin müqaviməti birdə ayağa qalxa bilməyəcək. Amma biz Qüds və Fələstində şəhadəttələb əməliyyatlara şahid olsuq. Bu əməliyyatlar sionist rejimi qorxuya saldı. Bu hadisələrdən sonra Şərmuşşeyx konfransında super dövlət başçıları İsrailin müdafiəsi üçün toplandılar. Həmas, İslam Cihadı, Hizbullah terrorda ittiham edildi. Sonra 1996-cı ildə müqavimətə qarşı təzyiqlər artdı. Benyamin Netanyahu iş başına gələndən sonra hər şey başlanğıc nöqtəyə qaytdı...
Ayətullah Xameneinin sözləri bütün təhlillərimizə, əlimizdə olan informasiyalara zidd idi. Amma...
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap