Heç bir qruplaşma İran Az.R münasibətlərinə xələl gətirə bilməz
Posted on : iran 10/16/2017 12:59:31 PM
İran İslam Respublikasının Az.R-dakı səfiri heç bir qrupun iki ölkə əlaqələrinə zərbə vurmağa qadir olmadığını deyib
Möhsün Pakayin "Salam News" xəbər agentliyi ilə müsahibədə tarix boyu İran-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qrupların olduğunu vurğulayaraq deyib: Hər iki ölkə bu qrupların kökünü kəsmək üçün təsirli addımlar atıblar.
Möhsün Pakayin İran və Azərbaycan rəsmilərinin gərginliklərin azaldılması istiqamətindəki addımlarına işarə edərək deyib: İki ölkə münasibətləri gələcəkdə bu kimi qrupların təsiri altına düşməyəcək.