"Digər ölkələr Tehran-Bakı münasibətlərini korlaşdırmasınlar"
Posted on : iran 10/16/2017 12:59:31 PM
"Üçüncü ölkələr Tehran - Bakının səmimi münasibətlərini korlaşdırmağa cəhd göstərməməlidirlər." Bu fikri İİR-nin prezidenti Həsən Ruhani səsləndirib.
"Üçüncü ölkələr Tehran - Bakının səmimi münasibətlərini korlaşdırmağa cəhd göstərməməlidirlər." Bu fikri İİR-nin prezidenti Həsən Ruhani səsləndirib.
İki ölkənin iqtisadi əməkdaşlıqlar üzrə müştərək komissiyasının sədri Şahin Mustafayevin qarşısında terrorizm məsələsinə də münasibət bildirən Ruhani cənabları xatırladıb: Terrorizm region ölkələrinin hamısı üçün ciddi bir təhdiddir. Terrorizm ölkələrin sərhəd məntəqələrinin arxasında çadır quran həmən təhlükəli və yoluxucu bir xəstəlikdir. Əgər regionda hamı yekdil və həmrəy olmasa, bu təhlükənin qarşısında müqavimət göstərməsə onda hər bir an bu virusun ölkələrə daxil olması mümkündür.
Az. R-nin maliyyə və sənaye işləri naziri də bu görüş çərçivəsində bu ölkənin dövlət başçısı İlham Əliyevin səmimi salamlarını prezident Ruhaniyə çatdırıb və deyib: " Mən İlham Əliyevin əmri ilə İrana səfər etmişəm ki enerji , sərhəd bölgələrdəki çayları, neft və qaz və digər mövzuları səfər çərçivəsində mübahisə edim."