header

 İran soyuqqanlıqla öz mənafelərini qoruyurİranın mövqeyi güncləndirilib

Amerika Birləşmiş Ştatlarının BMT-dəki keçmiş səfiri Con Bolton ölkəsinin anti-iran mövqeyi barədə ən yeni nəzərlərini elan edərək deyib: Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə müzakirələrdə nüvə infrastrukturları barədə mövqeyini gücləndirməyə nail olub.

"Məhd Tashayyo" saytının triblive.coma istinadən verdiyi xəbərə əsasən, Amerika Birləşmiş Ştatlarının BMT-dəki sabiq səfiri Con Bolton sözlərinin davamında deyib: Ukrayna və İŞİD böhranının mediaların gözündə kiçildiyi kimi İranın nüvə proqramları da Barak Obamanın nəzərindən yayındığı üçün inkişaf edir və TŞ-nin 5 daimi üzvü ilə müzakirələrində nüvə məsələsində müvəffəqiyyət qazanır.

C.Bolton daha sonra qeyd edib ki, Ötən illərdə İrana qoyulan sanksiyalara baxmayaraq onlara sinə gərib və AEBA-nın İranın nüvə proqramının hərbi xarakterli olma təsəvvürünün əksini sübut edib. İran diplomatları hətta İŞİD-la bağlı nailiyyətlər də əldə edərək bir sıra imtiyazlar qazanıblar. Con Boltonun dediyinə görə Ukrayna və İŞİD məsələsi Obama və onun təhlükəsilzik qruplarının fikrinin yayınmasına səbəb olub.

İranla razılıq barədə düşündüyünü hesab edən C.Boltin daha sonra onu da xatırladıb ki, ABŞ dövləti bu sahədə heç də tələsmir və bu sektorda diplomatik tədbirlərə rəğmən, İran beynəlxalq sanksiyalara müqavimət göstərib nüvə fəaliyyətlərini dayandırmaq istəmir və əslində bu məsələ Obamanı təzyiqlərə düçar edir.

Bolton həmçinin bir sıra proqnozlar da verərək İranla nüvə məsələsi barədə razılıq barədə heç də nikbin olmadığını qeyd edərək deyib: Bütün faktlar ciddi bir konfliktin düşəcəyinə dəlalət etsə də, bu ölkə siyasətlərini davam etdirir. Bolton söhbətinin digər bir hissəsində deyib: İranın indiki vəziyyətində belə onun nüvə fəaliyyətinin davamına göz yummaq olmaz və buna icazə vermək olmaz.

Amerika Birləşmiş Ştatlarının BMT-dəki keçmiş səfiri Con Bolton İranın neft ixracatının artımından danışaraq deyib: Amerika bəzi şirkətlərin İranla ticarət əlaqələrinə qadağa qoyduğuna baxmayaraq, İranın ötən illərlər müqayisədə 2013-cü ildə neft ixracatının artdığı faktları üzə çıxıb. İranın neft müştərilərinin birincisi isə Çindir. Əlbəttə Çin BMT TŞ-nin daimi üzvü olduğu üçün qadağalara riayət etməsi zəruridir.

C.Bolton söhbətinin sonunda deyib: Bu problemin Nyu-Yorkda  öz həllini tapacağına ümid edirik. Ötən il Barak Obama İran İslam Respublikası prezidenti Həsən Ruhaninin ölkəsinə geri qayıtdığı son anlarda ona zəng vurmuşdu. Amma bu il bəlkə də Obama Həsən Ruhani ilə əyani görüşlə problemin həlli barədə düşünə bilər. Ümid edirik ki, o, 1938-ci ildə Çemberlinin Münixə qayıtdığı zaman söylədiyi simvolik söz həyata keçər və "İndi sülh etdik" sözünü təkrarlamış olmaz.

Amerika Birləşmiş Ştatlarının BMT-dəki keçmiş səfiri Con Bolton ölkəsinin anti-iran mövqeyi barədə ən yeni nəzərlərini elan edərək deyib: Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə müzakirələrdə nüvə infrastrukturları barədə mövqeyini gücləndirməyə nail olub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap