header

 Jerusalem Post: İran Yaxın Şərqin ən stabil ölkəsidir

Sionist rejimin çap etdiyi bir qəzet siyasi təhlillərindən birində yazır: Yaxın Şərqdə böyük dəyişikliklərin baş verməsinə baxamayaraq, İraqdan tutmuş Suriyaya, Liviyadan Nigeriyaya qədər, İŞİD məsələsinin gündən-günə qızışdığına rəğmən, İran Yaxın Şərq regionunda ən stabil ölkə olaraq qalır və nüvə fəaliyyətlərinə dayanmadan davam edir.

"Ərdəbil – Məhd Təşəyyo" saytıın verdiyi məlumata əsasən, Jerusalem Postqəzeti "İran İslam Respublikasının bütün təhdidlərə rəğmən, stabil vəziyyəti və diplomatik məharəti" adlı yazısında deyilir: İranla Altılar qrupu arasında müzakirələrin geyirəsayımı artıq başlayıb və vaxt bitmək üzrədir. Amma İran başçılarının pərdəarxası razılaşmaları yavaş-yavaş üzə çıxır.

Bu qəzetin yazdığına görə iranlılar diplomatik bazarlıq sahəsində məharət sahibləridir və İranla Qərb diplomatları arasında danışıqların 10 ilik tarixindən keçməsinə baxmayaraq AEBA hələdə İranın atom fəaliyyətlərinn sülhsevər olduğunu sübuta yetirə bilməyib.

Jerusalem Postqəzeti həmçinin yazır: Yaxın Şərqdə böyük dəyişikliklərin baş verməsinə baxamayaraq İran regionda ən stabil ölkə olaraq qalır və nüvə fəaliyyətlərinə dayanmadan davam edir.

İraqdan tutmuş Suriyaya, Liviyadan Nigeriyaya qədər, İŞİD məsələsinin gündən-günə qızışdığına rəğmən, İran Yaxın Şərq regionunda ən stabil ölkəsidir və İŞİD-in təhdidləri qarşısında dayana biləcəyini belə iddia etməyə qadirdir.

Jerusalem Postqəzetinin yazdığı siyasi təhlilin davamında İran İslam Respublikasının anti-imperializm və anti-sionizm siyasətlərinə işarə edərək yazır: 1979-cu ildə İslam İnqilabından sonra bu ölkə dini təlimləri ilə yanaşı anti-qərb təbliğatlarına başlamışdı. Bu ölkə 1982-ci ildə Livanda Hizbullah Təşkilatını yaratdı və bir neçə ildir ki, Suriya prezidenti Bəşar Əsəd hakimiyyətinin müdafiəsi uğrunda əlindən gələni əsirgəmir. İran həmçinin Həmasa böyük dəstəkdir. Bu isə İsraili məhv etmək üçün böyük bir keçiddir.

İsrail qəzeti təhlilin sonunda qeyd edir: İran hal-hazırda  5+1 qrupu ilə müzakirələrində beynəlxalq arenada baş verən hadisələrdən faydalanır. Amerika və Avropa İttifaqı Rusiya ilə Ukrayna məsələsi üzərində konflikt yaşayır və İngiltərənin də başı Skatlandiyanın müstəqilliyi mövzusuna qarışıb. Amerikanın isə noyabr ayında keçiriləcən parlament seçkiləri ilə məşğul olduğu bir zamanda nüvə məsələsinin dünya üçün böyük bir təhdid olacağı aydın məsələdir.


 

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap