header

 Sərhədsiz Reportyorlar «Azadlıq»a dəstək aksiyasına çağırdı

“İlham Əliyev söz azadlığını məhv etməkdədi. Beynəlxalq ictimaiyyət Azərbaycanda son tənqidi səslərin məhv edilməsinə biganə qalmamalıdır”.

 

“Ərdəbil Məhde Təşəyyo -ın "azadliq.info"-a istinadən məlumata görə »Sərhədsuz Reportyorlar» təşkilatı «Azadlıq»ın çapına yaranan problemlə bağlı öz saytında məlumat yerləşdirib. Bu məlumata qəzetin baş redaktoru Qənimət Zahidin problemə münasibəti və Azərbaycanda medya azadlıqları və insan haqları ilə əlaqədar gərginliklər daxil edilib :

 »Avropa Şurası Nazirlər Kabinetinə sədrlik dönəmi başlasa da, Əliyev hökuməti müstəqil səslərin boğulması üçün bütün imkanlarını səfərbər etməkdədir. Avqustun 1-də ölkədəki əsas müxalifət qəzeti olan «Azadlıq» bir daha öz çapını dayandırmağa məcbur olub. Hakimiyyətin tənqidi səsləri boğmaq kampaniasını gecləndirdikləri indiki ərəfədə, bu, KİV plüralizminə növbəti zərbə sayıla bilər .

Azərbaycanda ab-hava «Azadlıq» kimi müstəqil qəzetlərin boğulması üçün «münbitləşməkdədir .

Dövlətə bağlı olan «Gasid» satış şəbəkəsi qəzetin satışından əldə olunan vəsaiti qəzetə vermir. Bu günə qədər bu şirkətin «Azadlıq» qəzetinə 70 min manat (təqribən 67 min avro) borcu var. Bu gəlirdən məhrum edilən qəzet başqa bir dövlət şirkəti olan nəşriyyata 20 min manat borclu qalıb .

 »Sərhədsiz Reportyorlar»ın Şərqi Avropa və Mərkəzi Asiya Bürosunun rəhbəri Yohann Bihr bildirib ki, «Azadlıq» bir daha hakimiyyətin yürütdüyü maliyyə senzurası strategiyasının qurbanı olmaqdadır. İlham Əliyev hökuməti isə plüralizmi indi sədrlik etdiyi Avropa Şurasının dəyərlərindən biri olaraq məhv etməkdədir. Beynəlxalq ictimaiyyət Azərbaycanda son tənqidi sələrin məhv edilməsinə biganə qalmamalıdır.

 Azərbaycanda reklam bazarının dövlət tərəfindən tənzimlənməsi «Azadlıq» qəzetini reklam gəlirlərindən məhrum edir. Mətbuat yayımı sahəsində edilən bir sıra dəyişikliklər isə bu qəzeti «Qasid» kimi firmalardan asılı duruma salır. Hələ 2011-ci ildən Bakıda səyyar qəzet satışı sıxışdırılmaqdadır, 2013-cü ildə metroda qəzet satışı ləğv edildi. Bu iki satış kanalı üzrə qəzetlərin tirajının 30 faizə qədəri satılırdı.

 Etdiyi şərhdə sonunda » Sərhədsuz Reportyorlar» hamını «Azadlıq»a yardım kampaniyasına qoşulmağa çağırır .

 

“İlham Əliyev söz azadlığını məhv etməkdədi. Beynəlxalq ictimaiyyət Azərbaycanda son tənqidi səslərin məhv edilməsinə biganə qalmamalıdır”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap