header

 Türk-erməni barışığı üçün onlayın ərizə başladılıb

FaktXəbər-in verdiyi məlumata görə, internetdə erməni-türk barışığına dəstək üçün imza toplanışına başlanılıb. Ərizəyə  türk, erməni və digər ölkələrin xadimləri imza atıblar. Sənədi imzalayanlar bu iki xalq arasında  sülh erasının başlanılmasını və hər bir xalqın  tarixinə hörmətlə yanaşılmasını arzulayırlar.

«Türkiyə Respublikasının  siyasi mədəniyyəti  uzun müddət keçmişə qapıları bağlayaraq, qəddar cinayəti gizlətməyə səy göstərib, bununla da  hüquqi dövlət quruluşunun inkişafına mane olub. Lakin heç kim 1915-ci ildə baş verən dəhşətli hadisələri və onun nəticələrini poza bilməz», - deyə ərizədə bildirilir.

FaktXəbər bildirir ki, sənədə qol çəkənlər Türkiyənin erməniləri «soyqırım qurbanları» kimi tanımasını, həmçinin  ermənilərin tam səlahiyyətli türkiyə vətəndaşlığı almasını  xəyal edirlər. Onlar həmçinin Türkiyənin Ermənistanla sərhəddi açağacına və Qara dənizə girişini təmin edəcəyinə ümidvardırlar.

Ərizəyə artıq öldürülmüş erməni jurnalist Hrant Dinkin həyat yoldaşı Rakel Dink və qardaşı Xosrov Dink, vəkil Fəthiyə Çətin, fransiz aktrisası Arian Askarid, fransız rejissoru Bryuno Fressine, tarixçi  Erve Jorjelen və müxtəlif ölkələrdən bir sıra başqa xadimlər qol çəkiblər.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap