header

 “Öz tələbatımızı ödəyə bilmirik, Rusiyaya mal daşıyırıq”

Azərbaycan bazarlarında böhran yaranmağa başlayıb, ərzaq məhsullarında qıtlıq yaşanır

Bəlli olduğu kimi, həftənin şənbə və bazar günləri Bakının müxtəlif rayonlarında yarmarkalar keçirilir. Əməkdaşımız ötən həftə Yasamal rayonunda, Rabitə Kollecinin həyətində keçirilən yarmarkadakı vəziyyətlə tanış olub. Müşahidələrimiz zamanı paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkada, məhsul qıtlığı ilə yanaşı, keyfiyyətsiz məhsulların baha qiymətə satılması faktlarına da rast gəldik. Bununla yanaşı, keyfiyyətsiz məhsulların antisanitariya vəziyyətində satışa çıxarılması da paytaxt sakinlərinin etirazına səbəb olurdu.

 

Ticarətçilər yerli bazarlarda keyfiyyətli kənd təsərrüfatı məhsullarının qıtlığını və qiymətdə kəskin artımın müşahidə olunmasını, yerli məhsulun Rusiya bazarlarına daşınması ilə əlaqələndirdilər. Avropanın son zamanlarda Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində qonşu ölkənin bazarlarında kənd təsərrüfatı məhsuluna tələbat artıb. Öyrəndik ki, Azərbaycandan Rusiya bazarlarına meyvə-tərəvəzlə yanaşı, ət və süd məhsulları da daşınır.   

Ticarətçilərin dediyinə görə, adətən payız fəslində məhsul bolluğu olur. Onlar məhsul yığımının tam başa çatmadığını desələr də, ancaq bunun yerli bazara müsbət təsir etməyəcəyini bildirdilər. Ticarətçilər deyirlər ki, meyvə-tərəvəz, eləcə də ət və süd məhsulları Azərbaycanın yerli tələbatını ödəmədiyi halda, qonşu ölkəyə daşınması anormallıqdır.   

Ticarətçilər gözləntilərini də açıqladılar. Onlar Qurban və Yeni il bayramlarına qədər kənd təsərrüfatı məhsullarının dəfələrlə bahalaşacağı və məhsul qıtlığı gözləntilərinin olduğunu dedilər.

 

Azərbaycan bazarlarında böhran yaranmağa başlayıb, ərzaq məhsullarında qıtlıq yaşanır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap