Ayətullah Məkarim Şirazi "Whatsapp"-la sualları cavablandıracaq
Posted on : Təqlid mərcələrinin 10/16/2017 12:59:31 PM
Bu barədə təqlid mərcəsi Ayətullah Məkarim Şirazinin rəsmi dəftərxanasından İslamazeri.az-a məlumat daxil olub.
Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı istifadəçilərin suallarına "WhatsApp" proqramı vasitəsi ilə cavab verməyi planlaşdırır.
Ayətullah Məkarim Şirazinin müqəllidləri bundan sonra "+989014431146" nömrəli "WhatsApp" abunəsi ilə şəri suallarına cavab ala biləcəklər. Qeyd edilən nömrə ancaq azərbaycanlıların suallarını cavablandırmaq üçün nəzərdə tutulub.