Yəmən qeyrileqal mövcud rejiminin Şiələin sülhamiz aksiya iştirakçılarına qarşı tutduğu divanı
Posted on : Digər sahələr 10/16/2017 12:59:31 PM
ütün təqiblərə baxmayaraq 100 minlərlə əhali Şiə Husi Hərakatının dəvətini qəbul edərək aksiyalara qoşulur.
Ərdəbil Məhde Təşəyyo -
Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, artıq 22 gündür ki, Yəmən Husi
Hərakatı ölkədə siyasi, iqtisadi və məzhəb ayrıseçkiliyinə qarşı
çıxaraq, əhalini paytaxt Səna və digər mühüm şəhərlərdə sülhamiz etiraz
aksiyalarında iştirak etməkə dəvət edir. Şiə Husi Hərakatının dəvətini
qəbul edən 100 minlərlə insan sülhamiz aksiyalara qoşulub.
Etiraz mitinqlərinin sülhamiz olmasına baxmayaraq mövcud qanunsuz rejim qüvvələri, ötən gün aksiya iştirakçılarına qarşı zor tətbiq edərək, ağır və yüngül silahlardan istifadə ediblər.
Baş verən qarşıdurmalarda onlarla məzlum Şiə Şəhid edilmiş yüzlərlə günahsız insan yaralanmışdır.
Aldığmız məlumatlarda, qanunsuz rejim qüvvələrinin dövlət binaları üzərində qərar verdiyi üzübağlı snayperçiləri aksiya iştirakçılarının baş nahiyyəsini hədəfə alaraq Şəhid ediblər.
Qeyd edək ki, Husi Hərəkatının “Ənsarullah” Qanadının Spikeri Əbdül Səlam baş vermiş qanlı olayla bağlı bildirib: “Sənada baş verən hadisələr bir başa dövlət tərəfindən həyata keçirilib. Və ölkə prezidenti aksiya iştirakçılarına qarşı odlu silahlardan atəş açan ünsürlərə qarşı mütləq bir tədbir tökməlidir”.
O, daha sonra bildirib: “Ənsarullah Hərakatı aksiya iştirakçılarını necə müdafiə edəcəyi haqqda araşdırmalar aparır. Dövlət bilməlidir ki, bu qırğınla öz ömrünün son anlarını yaşayır və artıq xarici dövlətlərin də dəstəyi ona heç bir fayda verməyəcək”.