header

 Qərbdən Azərbaycana İŞİD xəbərdarlığı - Təhlükə

“İŞİD Azərbaycanla bağlı planlarını gizlətmir və bu ölkəyə “İslam dövləti” təhlükəsi var”.

Publika.az xəbər verir ki, bu barədə Avropa İnstitutunun əməkdaşı Nadani Fridrixson Qərbə xəbərdarlığında yazır.


Qeyd edək ki, bu ilin iyun ayında İŞİD-in xəyali xilafətinin xəritəsi yayılıb. Xəritə üzərində əski əlifba ilə yazılmış ərazilər İŞİD-in yaradacağı əmirliklərin tərkibində veriləcək. Xəritəyə görə, Azərbaycan üç hissəyə bölünəcək. Şimali Azərbaycanın  kiçik bir hissəsi Kürdüstan əmirliyinin, yerdə qalan hissəsi isə Qafqaz əmirliyinin tərkibinə daxil ediləcək. Cənubi Azərbaycan isə bütövlükdə İsfəhan və Kürdüstan əmirlikləri arasında bölüşdürüləcək.


Sonradan yayılan xəritədə Azərbaycanın adı çıxarıldı. Lakin institutun analitiki bir müddət öncə Bakıda keçirilən “hicab aksiyasına” diqqət çəkərək bildirir ki, Azərbaycanda “müsəlman müxalifəti” formalaşmaqdadır. 
 

 “Müsəlman gücünün əsası Suriya çevrilişində iştirak edən, indi isə evə qayıdan “cihadçı” azərbaycanlılar ola bilər. Bu baxımdan, partlayış təhlükəsi olan regionlara Azərbaycanı daxil etmək mümkündür. Həmçinin Cənubi Azərbaycan da bu təhlükədən uzaq deyil”, - deyə analitik vurğulayır. 

Onun sözlərinə görə, qərbli analitiklər hesab edir ki, Azərbaycan üçün “radikal dini təhlükə” Rusiya və İrandan çıxa bilər. Bu yaxınlarda “Stratfor” mərkəzinin direktoru Corc Fridman da bu ehtimalları səsləndirmişdi. Analitik Qərbi bu barədə düşünməyə çağırıb.
 

Qeyd edək ki, ABŞ kəşfiyyatının leqal üzü kimi tanınan “Stratfor” rəhbərinin iki ay öncə nəşr etdiyi məqalədə bildirilir ki, İŞİD faktoru Qafqaz üçün gələcəkdə təhlükəyə çevrilə bilər, hansı ki, bu gün Suriya və İraqdakı “cihad” qruplarında azərbaycanlı və Şimali Qafqazda olan xeyli sayda döyüşçü var.

 

“Bütövlükdə Qafqazda Gürcüstan və Ermənistan din faktoru baxımından cihadçı islam qruplarından uzaqdır. Hər halda bu ölkələrin vətəndaşları belə qruplara meyilli deyil. Azərbaycan və Şimali Qafqazın müsəlman əhalisi isə bu qruplara meyillidir və bu gələcəkdə Bakı ilə Moskvanın başağrısına çevriləcək. Bir məqamı da unutmaq lazım deyil. Azərbaycan və Şimali Qafqazda radikalizmin genişlənməsi bunun Gürcüstan və Ermənistana da sıçraması ehtimalını gücləndirir”, - deyə o bildirir.

 

 Fridman qeyd edir ki, İŞİD-in xilafət elanı indiyə qədər “öz yuvalarında gizlənən” cihada meyilli insanları ruhlandırır: “Onlar “yuvalarından” çıxa və eyni şeyi öz ölkələrində də istəyə bilərlər. Bu isə potensial təhlükə deməkdir”.
 

“İŞİD Azərbaycanla bağlı planlarını gizlətmir və bu ölkəyə “İslam dövləti” təhlükəsi var”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap