header

 “Qərb Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq istəyir”

 “Qərb Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq istəyir”

Rusiyanın müdafiə naziri bildirib ki, Qərb Dağlıq Qarabağ ətrafında vəziyyətə hər vəchlə müdaxilə etməyə, öz iştirakını genişləndirməyə və Rusiyanın sülhyaratma siyasətini gözdən salmağa çalışır.

Tashaio.com-ın məlumatına əsasən, Bu barədə Sergey Şoyqu mayın 25-də Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Qərb Qarabağda "öz iştirakını genişləndirməyə və regionda təhlükəsizliyi təmin edən Rusiya sülhməramlılarını nüfuzdan salmağa" çalışır.

Şoyqu qeyd edib ki, Qərb üçün əsas olan "Rusiyanı Cənubi Qafqazda sıxışdırmaqdır, uzunmüddətli perspektivdə regionda təhlükəsizliyi və rifahı təmin etmək deyil".

Rusiyalı nazirin dediyinə görə, buna misal olaraq Ermənistanda Avropa İttifaqının hərbi qulluqçuların və xüsusi xidmət orqanları əməkdaşlarının daxil olduğu mülki missiyasını göstərmək olar.

Xatırladaq ki, bir gün öncə ilk dəfə olaraq Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasının mümkünlüyünü bildirib. Onun sözlərinə görə, Ermənistanın bu strukturda iştirakı ölkənin təhlükəsizliyinə zəmanət vermir və İrəvan başqa variantları nəzərdən keçirir.

İrəvanın belə yanaşmasını üstüörtülü şəkildə tənqid edən Şoyqu qeyd edib ki, Dağlıq Qarabağda təhlükəsizliyi Rusiyanın sülhməramlı kontingenti dəstəkləyir, Qərb isə Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Bununla əlaqədar “Ermənistanda hərbi qulluqçuların və kəşfiyyatçıların daxil olduğu Avropa İttifaqının mülki missiyasını göstərmək olar. Düşünürəm ki, onların əslində nə işlə məşğul olduğunu izah etməyə ehtiyac yoxdur”, – deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

Rusiyanın müdafiə naziri bildirib ki, Qərb Dağlıq Qarabağ ətrafında vəziyyətə hər vəchlə müdaxilə etməyə, öz iştirakını genişləndirməyə və Rusiyanın sülhyaratma siyasətini gözdən salmağa çalışır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-25-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap