header

 Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirib

 Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirib

Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib.

Tashaio.com-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib:

“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”.

Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar.

Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.

Brüssel görüşündən 5 gün sonra mayın 19-da isə Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu barədə yaydığı bəyanatda bildirir ki,

Görüşdə Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb və müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-20-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap