header

 Avropa İttifaqı Azərbaycanda qəbul edilən siyasi partiyalar haqqında yeni qanunu tənqid edib

 Avropa İttifaqı Azərbaycanda qəbul edilən siyasi partiyalar haqqında yeni qanunu tənqid edib

Avropa İttifaqı Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib. Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının və ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırılıb. Bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin 22 mart tarixli bəyanatında deyilir.

Tashaio.com-ın məlumatına əsasən, "Avropa İttifaqı siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatdır. Bu, Azərbaycanda siyasi plüralizmə və birləşmək, fikri ifadə etmək və dinc toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara çəkindirici təsir göstərə bilər", deyə Aİ-nin Xarici Siyasət Xidmətinin saytında yer alan bəyanatda bildirilir.

Bu hüquqlar "demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır". Aİ israrla Azərbaycanı Avropa Şurası Venesiya Komissiyasının əvvəlki siyasi partiyalar haqqında qanunla bağlı köhnə tövsiyələrini, habelə Venesiya Komissiyasının və ATƏT DTİHB-nin yeni qanunla bağlı 13 mart tarixli rəyində yer alan tövsiyələri yerinə yetirməyə çağırır.

"Siyasi partiyalar siyasi özünüifadənin əsas kollektiv aləti olaraq vətəndaşların siyasi iradəsini ifadə etməsinə şərait yaradır.

Dinamik, hesabatlı və inklüziv çoxpartiyalı sistemlərə zəmanət verilməlidir", deyə bəyanatın sonunda bildirilir. 

Qeyd edək ki, Avropa ölkələri və qurumları demokratiya və insan haqları mövzusunda nəzərə cazibədar görünən sözlər və ifadələrin arxasında sadəcə digər ölkələrə müdaxilə imkanlarını düşünür və bu mövzulardan başqa dövlətlərə qarşı təzyiq amili kimi istifadə edərək onlardan imtiyaz almağa çalışırlar. Onlar əməldə ən totalitar rejimlərlə ittifaq yaradır və iddia etdikləri dəyərlərə mənafeləri təmin olunduqda göz yumurlar. Həmçinin başqa ölkələri müxalifətə dözümlü olmağa çağırsalar da öz daxillərində xalqın müxalif səsini susdurmaq üçün  ən qəddar metodlar tətbiq edirlər.

Avropa İttifaqı Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib. Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının və ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırılıb. Bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin 22 mart tarixli bəyanatında deyilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-23-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap