header

 Sionist parlamentinin yeni işğal planı

 Sionist parlamentinin yeni işğal planı

Sionist parlamenti “əlaqələrin qurulması qanunu" ləğv etmək planını təsdiqləyib.

Tashaio.com-ın məlumatına əsasən, “Times of Israel” qəzeti çərşənbə axşamı yaydığı xəbərdə bildirib ki, İsrail parlamenti 2005-ci ildə qəbul edilmiş qanunu ləğv etməklə işğalçıların Qəzza zolağında boşaldılmış yaşayış məntəqələrinə qayıtmasına imkan verəcək planı təsdiqləyib.

Bu xəbərə əsasən,  2005-ci ildə qüvvəyə minmiş bu qanunda Qəzza zolağında 21 sionist yaşayış məntəqəsinin dağıdılması və israilli mühacirlər və rejim ordusunun bu bölgədən çıxarılmasını əmr edilib.

“Times of Israel” qəzeti “əlaqələrin dayandırılması qanunu”-un bəzi bəndlərinin ləğvi planının 31 lehinə, 18 əleyhinə səslə təsdiqləndiyini yazıb.

Knessetin yeni qətnaməsini şərh verən qəzet, bu qanunun vaxtilə “Qanim”, “Kadim”, “Humiş” və “Sanor” yaşayış məntəqələri olan ərazilərə israillilərin girişini qadağan edən bəndlərini ləğv edib.

Sionist ordu indi işğalçıların qeyd olunan ərazilərə qayıtmasına icazə vermək üçün hərbi əmr imzalamalıdır.

Xatırladaq ki, 1967-ci il müharibəsi və İordan çayının qərb sahilində və Qüdsün şərqində Fələstin torpaqlarının işğalından sonra sionist rejim tərəfindən salınan yəhudi qəsəbələrində yüz minlərlə israilli yaşayır.

Birləşmiş Millətlər Təşkilatı və dünyanın əksər ölkələri sionist rejimin məskunlaşmalarını qeyri-qanuni hesab edir, çünki bu rejim bu torpaqları 1967-ci il müharibəsində işğal edib və Cenevrə Konvensiyasına əsasən işğalçının işğal olunmuş torpaqlarda hər hansı tikinti aparması qadağandır.

Sionist parlamenti “əlaqələrin qurulması qanunu" ləğv etmək planını təsdiqləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-22-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap