header

 Netanyahunun həyat yoldaşı etirazçılar tərəfindən bərbərxanada mühasirəyə alınıb

 Netanyahunun həyat yoldaşı etirazçılar tərəfindən bərbərxanada mühasirəyə alınıb

Benyamin Netanyahu hökumətinə qarşı çıxan sionist nümayişçilər onun həyat yoldaşını gözəllik salonunda mühasirəyə alaraq, oradan çıxmasına mane olublar. Onlar “Ölkə yanır, Sara saçını düzəldir” şüarları səsləndiriblər.

Tashaio.com-ın məlumatına əsasən,  bu məsələ Benyamin Netanyahunu reaksiya göstərməyə vadar edib. O, öz tvitter səhifəsində yazıb: "Müxalifət lideri və keçmiş baş nazir Yair Lapidin rəhbərlik etdiyi anarxist fəallar qırmızı xətti keçməkdə davam edirlər. Onlar hazırda Təl-Əvivdə həyat yoldaşımı təqib edir və hədələyirlər".

O, əlavə edib: "Mən Lapid və müxalifəti bunu dərhal dayandırmağa və bu iyrənc və görünməmiş hərəkəti pisləməyə çağırıram".

Ekstremist Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvir isə Tel-Əvivdəki gözəllik salonunda Sarah Netanyahunu mühasirəyə alan nümayişçiləri zorla dağıtmaq əmri verib.

"Seçkilərin acı məğlubiyyətinə və hakimiyyətin itirilməsinə dözə bilməyən bir dəstə anarxist baş nazirin həyat yoldaşına hücum edir", o, öz Tvitter səhifəsində bildirib.

İş o yerə çatıb ki, sionist rejimin keçmiş müharibə naziri Benny Gantz da nümayişçiləri Netanyahunun həyat yoldaşının evinə qayıtmasına icazə verməyə çağırıb.

O, tvitində deyib: "Şəhər meydanındakı nümayişçilərə müraciət edirəm: qoyun baş nazirin həyat yoldaşı öz evinə qayıtsın və bayraqları qaldırmağa və səmimi fəryadlarımızı bildirməyə davam edin, biz müxtəlif hüquqi yollarla çevrilişi dayandırmaq üçün birlikdə işləməyə davam edəcəyik".  

Sionist rejimin keçmiş baş naziri Ehud Barak tvitində oxşar çağırışı təkrarlayaraq, yazıb: "Dostlar, şəhər meydanında məqsədə çatıldı... Çox çətin mübarizələrimiz olacaq. Amma sonda çevriliş düşündüyümüzdən daha sürətli uğursuzluğa düçar olacaq. Netanyahu ya qatlanacaq, ya da yıxılacaq. Həyat yoldaşını bu gün buraxın".

"Times of İsrael" saytı işğalçı sionist rejim polisinin Saranı saatlarla mühasirəyə alındıqdan sonra onu izdihamın arasından çıxara bildiyini bildirib.Benny Gantz da nümayişçiləri Netanyahunun həyat yoldaşının evinə qayıtmasına icazə verməyə çağırıb.

Benyamin Netanyahu hökumətinə qarşı çıxan sionist nümayişçilər onun həyat yoldaşını gözəllik salonunda mühasirəyə alaraq, oradan çıxmasına mane olublar. Onlar “Ölkə yanır, Sara saçını düzəldir” şüarları səsləndiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-06-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap