header

 31 dekbar həqiqəti: İranla həmrəylik günüdür

 31 dekbar həqiqəti: İranla həmrəylik günüdür

31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günüdür, yoxsa Azərbaycan xalqının İranla həmrəylini xatırladan gündür?

Tashaio.com-ın məlumatına əsasən, düz 33 il əvvəl Sovet İttifaqının ömrünün son günlərində, 1989-cu ilin noyabr-dekabr ayları və 1990-cı ilin yanvar ayının əvvəllərində Arazın o tayındakı insanlar İmam Xomeyninin (r.ə) şəkilləri əllərində tutaraq sərhədi keçdilər və İrana üz tutdular. Bu insanlar öz gizli məhəbbətlərini ifadə etmək üçün tarixi fürsət əldə etmşdilər. Azadlıq ümidi ilə ayağa qalxan Azərbaycan müsəlmanları dəstə-dəstə İran sərhəddinə doğru gedir, sərhəd qoşunları və sovet Qızıl Ordusunun gözləri önündə özünü İran torpağına çatdırıb ayrı düşdükləri vətənə olan duyğularını nümayiş etdirirdi.

Təəssüflər olsun ki, Azərbaycan Cümhuriyyətini “Tarixi təhrif və saxtakarlıq cənnətinə” çevirən cərəyanlar sonrakı illərdə bu pak hərəkatı təhrif edərək saxta adla dünyaya təqdim etdilər və Heydər Əliyevin qayıdışı ilə bir illik pantürkist hökumətdən sonrakı dövrdə, 1989-cu ilin sonu, 1990-cı ilin əvvəllərində Azərbaycan Respublikasının İrana doğru xalq hərəkatını təhrif etmək siyasəti geniş vüsət aldı və Heydər Əliyev elan etdi ki, dekabrın 31-i “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunsun. Beləliklə, o vaxtdan bu yana hər il bu təhrifə və Azərbaycan Respublikası xalqını çaşdırmağa və bu saxtakar siyasəti təbliğ etməyə milyonlarla manat xərclənir. Və bunu İran İslam Respublikasının ərazi bütövlüyünə zərbə vurmaq, ölkə əleyhinə təbliğat aparmaq üçün bəhanəyə çevirirlər. Lakin tarixi faktı saxtalaşdırmaq mümkün deyil və o günlərdə baş verənlər, əslində Azərbaycan Respublikasının müsəlman xalqı ilə İran İslam Respublikası arasında həmrəyliyin təcəssümü kimi tarixə düşüb.

31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günüdür, yoxsa Azərbaycan xalqının İranla həmrəylini xatırladan gündür?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-10-1401
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap