header

 Eduard Ağacanyan: Azərbaycanla danışıqlar prosesi dalana dirənməyib

 Eduard Ağacanyan: Azərbaycanla danışıqlar prosesi dalana dirənməyib

Ermənistan Parlamentinin Xarici Əlaqələr daimi Komissiyasının sədri Eduard Ağacanyan brifinqdə jurnalistlərə bildirib ki, Azərbaycanla danışıqlar prosesini dalana dirənmiş hesab etmək olmaz.

Tashaio.com-ın məlumatına əsasən, Ağacanyan Ermənistan və Azərbaycan liderləri arasında dekabrın 7-nə planlaşdırılan görüşün ləğv edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Danışıqlar prosesi heç də çıxılmaz vəziyyətdə deyil. Biz qeyd etmişik ki, konkret razılaşma var və Ermənistan ondan imtina etmir. Bu baxımdan Azərbaycanın mövqeyi və davranışı yeni bir şey deyil. Elə hallar olub ki, Azərbaycan tərəfi ilkin razılığa əsasən görüşlərə qatılmaqdan imtina edib, bu, təbii ki, müsbət proses deyil”.

Qeyd edək ki, Ermənistan baş naziri Brüsseldə keçirilməli olan 7 dekabr sammitinə Fransa prezidenti Emmanuel Makronun dəvət olunmasına israrlı olduğuna xatir hələlik bu proses pozulub. Bununla da ilin sonunadək iki qonşu dövlət arasında sülh sazişinin imzalanacağı real görünmür.

Azərbaycan Respublikası Fransanın Qarabağ məsələsi ilə əlaqədar sərgilədiyi mövqedən narazıdır və bu ölkənin öz bitərəfliyini pozduğuna görə vasitəçilik səlahiyyətini itirdiyini qeyd edir.

Xatırladaq ki, Fransa Senatının ardınca noyabrın 30-da bu ölkənin Nümayəndələr Palatası da Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qətnamə qəbul edib. Bu qərar Paris ilə Bakı arasında gərginliyə səbəb olub və Fransaya nota verilib.

Ermənistan Parlamentinin Xarici Əlaqələr daimi Komissiyasının sədri Eduard Ağacanyan brifinqdə jurnalistlərə bildirib ki, Azərbaycanla danışıqlar prosesini dalana dirənmiş hesab etmək olmaz.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-01-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap