header

 Amerika məhv olacaq!

Bu məsələ Amerikanı addım-addım sıldırıma yaxınlaşdırır.

İmam buyurdu ki, Amerika da məhv olacaq. Hər bir gücün məhv olması bir cürdür. ABŞ kimi bir gücün məhv olması sizin bu gün əlamətlərini müşahidə etdiyiniz kimidir. Öz görkəmli şəxsiyyətləri arasında da izaholunmaz bir iş gördülər. Bu özlərinin siyasi cəbhələrində daxili çəkişmələr yaratdı. İraqın işğalı - məntiqsiz bir iş; İraqda qalmaq - məntiqsiz, xərcli və hər bir yerdə elementar insani prinsipləri tamamilə pozmaqla olan bir iş. Bu məsələ Amerikanı addım-addım sıldırıma yaxınlaşdırır. Bunda heç bir şübhə yoxdur. Bunlar İslam dünyasını, onun duyğu və hisslərini əhəmiyyətsiz saydılar. Bunlar bəlkə də bilmirlər ki, bu gün İraqda baş verənlərə rəğmən, Qərbin hegemon gücləri, xüsusən də ABŞ qüvvələri uzun illər İraqda qala bilməyəcəklər. Bu xalqın qəlbində elə nifrət yaranıb ki, mədəni-ideoloji durum tamamilə onların əleyhinə çevriləcək. Bu durum çox mühümdür. Onlar elə bilirdilər ki, bu mürəkkəb və böyük oyunu asanlıqla uda biləcəklər, amma bacarmadılar. Bu bacarıqsızlığı bəlkə bu gün də müəyyən həddə hiss etmişlər. Bəziləri mütləq hiss ediblər. İndiyə qədər anlamayanlar da yaxın gələcəkdə anlayacaq və məğlubiyyətin acısını dadacaqlar.

Ayətullah Xamenei
Bu məsələ Amerikanı addım-addım sıldırıma yaxınlaşdırır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:43 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap