İmam Cavadın (ə) şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk!
İmam Cavadın (ə) şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk!
Posted on : Digər sahələr 06/30/2022
İslami İran dünya şiələrinin doqquzuncu imamı, Həzrət İmam Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü günündə matəm içindədir.
Tashaio.com-ın məlumatına əsasən, Bu gün, dünya şiələrinin doqquzuncu imamı, İmam Cavadın (ə) şəhadətinin ildönümü günüdür.
İmam Cavadın (ə) həyatı və imaməti dövrü, İslam sivilizasiyasının çiçəklənməsi və İslam dünyasında dini-fəlsəfi təfəkkürlərin yayılması dövrü olub.
Müxtəlif dinlərin alimləri ilə müzakirə və debatların keçirilməsi, insanların, xüsusilə mütəfəkkirlərin təlim-tərbiyəsi və yetişdirilməsi, həmçinin dövrün hökmdarlarının insanlığa və xalqa zidd siyasətlərinin ifşa olunması, Həzrət İmam Məhəmməd Təqinin (ə) elmi, mədəni və siyasi fəaliyyətlərindən olubdur.
Bütün İran xalqı Həzrət İmam Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü günündə məscidlərdə, Həzrət İmam Rza (ə) və Həzrət Məsumə(s.ə)-nın pak hərəmlərində əzadarlıq edir.
«Səhər Azəri» televiziyası dünya şiələrinin doqquzuncu imamı, Həzrət İmam Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü günü münasibətilə müsəlmanlara və dünyadakı digər azadlıqsevərlərə başsağlığı verir.