Türkiyəli heyət Rusiyaya səfər edəcək
Türkiyəli heyət Rusiyaya səfər edəcək
Posted on : Digər sahələr 06/22/2022
Türkiyə mediaları dünən gecə bildiriblər ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində təhlükəsiz bir dəhlizin yaradılması haqda söhbət etmək üçün Türkiyənin milli müdafiə nazirliyindən bir nümayəndə heyəti bu həftə Rusiyaya səfər edəcək.
Tashaio.com-ın məlumatına əsasən, Türkiyənin TRT telekanalı ötən həftə xəbər verdi ki, Rusiya, Ukrayna və Türkiyə Ukrayna limanlarından taxılın göndərilməsi məsələsinə baxmaq üçün öz müdafiə nazirlikləri arasında fövqəladə bir kanal yaradıblar.
Bu məlumata görə, bu üç ölkə həmin dəhlizin fəaliyyətinə əmin olmaq üçün öz nümayəndəsini təqdim etməlidir.
Taxıl koridoru ilə bağlı məsələlər, iyunun 8-də Ankarada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında keçirilən müzakirələrin əsas istiqaməti olubdur.
Türkiyə rəsmiləri vəd ediblər ki, Ukrayna taxıl yüklərinin Qara dəniz vasitəsilə daşınmasının təhlükəsizliyini təmin edəcəklər.