header

 Qarabağdakı sülhməramlı missiyanın müddəti uzaldılacaq

 Qarabağdakı sülhməramlı missiyanın müddəti uzaldılacaq

Rusiya sülhməramlı kontingentinin keçmiş komandiri general-leytenant Rüstəm Muradov Mahaçqalada keçirilən görüşdə TASS müxbirinə bildirib ki, Qarabağdakı sülhməramlı missiyanın müddətinin uzadılması barədə qərar qəbul ediləcək.

Tashaio.com-ın məlumatına əsasən Rusiyalı sülhməramlıların Azərbaycan Respublikası ərazilərindəki fəaliyyətinin müddəti və onun uzadılması barədə 10 noyabr üçtərəfli bəyanatın 4-cü maddəsində belə deyilir:

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

İndi Rusiyanın böyük çəkiyə malik olan ordu generalı Rüstəm Muradovdan belə bir açıqlamanın təsadüfi yaxud səhv olması inandırıcı görünmür.

Son vaxtlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərində Fərrux kəndi barədə delimitasya ifadəsindən istifadə etməsi, Rusiya dövlət nəşrlərindən birinin Qarabağ separatçılarının başçıları ilə müsahibəni dərc etməsi və indi rusiyalı generalın Rusiya Sülhməramlı Kontingentin Qarabağdakı fəaliyyətinin müddətinin uzaldılacağından xəbər verməsi Kremlin Qarabağ ilə bağlı niyyətlərinə olan şüblələri artırır.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri gözlənilir. Bu səfər zamanı son həftələr ərzində Rusiyadan Qarabağla bağlı şübhəli mövqelərlə bağlı Lavrova suallar veriləcəyi gözləniləndir. 

Rusiya sülhməramlı kontingentinin keçmiş komandiri general-leytenant Rüstəm Muradov Mahaçqalada keçirilən görüşdə TASS müxbirinə bildirib ki, Qarabağdakı sülhməramlı missiyanın müddətinin uzadılması barədə qərar qəbul ediləcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-22-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap