header

 Sionist rejim ordusu Qəzzəyə hava zərbələri endirib

 Sionist rejim ordusu Qəzzəyə hava zərbələri endirib

Sionist rejim ordusu sionist sakinli qəsəbələrə iki raketin atılması bəhanəsi ilə Qəzzənin mərkəzi bölgələrini hədəfə alıb.

Tashaio.com-ın məlumatına əsasən, bu barədə Fələstinin "Şəhab" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, sionist sakinli "Əsqəlan" qəsəbəsinə bir neçə raketin atılmasından sonra bu rejimin qırıcıları bu gün yenidən Qəzzənin mərkəzi bölgələrini hədəfə alıblar.

Sionist rejim ordusu Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərinin şərqində yerləşən sərhəd maneələrinə yaxınlaşan bir qrup fələstinlini də atəşə tutub.

Fələstin mənbələri həmçinin sionist rejimin hərbi gəmilərinin Qəzzənin şimal-qərbində fələstinli balıqçılara atəş açdığını bildiriblər.

Məlumata görə, İsrail qırıcıları Qəzzənin mərkəzindəki müqavimət bazasına 7-dən çox raket zərbəsi endirib.

Sionist rejim ordusu hücumun Qəzzə zolağından işğal olunmuş ərazilərə raket atılmasına cavab olaraq, həyata keçirildiyini iddia edir.

Sionist rejim ordusu sionist sakinli qəsəbələrə iki raketin atılması bəhanəsi ilə Qəzzənin mərkəzi bölgələrini hədəfə alıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-18-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap