header

 Xaçaturyan Putinə üçtərəfli bəyanata görə təşəkkür edib

 Xaçaturyan Putinə üçtərəfli bəyanata görə təşəkkür edib

Ermənistan prezidenti Vaaqn Xaçatryan və Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşüblər.

Görüşdə Rusiya prezidenti Ermənistanla tərəfdaşlıq əməkdaşlıqlarının inkişafını vurğulayıb:

 “Biz bu gün Ermənistanda, Ermənistan ətrafında baş verən hər şeyi başa düşürük. Biz tərəfdaşlıq əlaqələrimizi inkişaf etdirmək əzmindəyik. Biz ölkədə vəziyyətin sabit olmasını və mütərəqqi inkişafı təmin etməkdə maraqlıyıq”, - deyə Putin bildirib.

O qeyd edib ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir.

"Biz bunu yüksək qiymətləndiririk", - deyə Rusiya Federasiyasının Prezidenti bildirib.

Putin əmin olduğunu bildirib ki, Ermənistanın rəhbəri Vaaqn Xaçatryanın gördüyü işlər Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da inkişafına və qardaş xalqların rifahı naminə qarşılıqlı faydalı Avrasiya inteqrasiya proseslərinin təşviqinə töhfə verəcək.

Vaaqn Xaçatryan da öz növbəsində rusiyalı həmkarına Qarabağda 44 günlük müharibənin dayandırılmasına səbəb olan səylərə görə minnətdarlığını bildirib.

Ermənistan prezidenti Vaaqn Xaçatryan və Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşüblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-18-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap