header

 Ayətullah Abidi: İmam Rza (ə) şiə və sünnilərə Allahı öyrətdi

"O dövrdə İslam ümmətinin düçar olduğu bəlalardan biri də bu idi ki, faydası olmayan mövzular barədə elmi "konfranslar" təşkil edilirdi"


Ərdəbil Məhde Təşəyyo - ın “Shafaqna”-ya istinadən verdiyi xəbərə görə, Qum elmi hövzəsinin ustadlarından olan Ayətullah Əhməd Abidi İmam Rza (ə) və yaşadığı dövrün xüsusiyyətləri barədə çıxış edib:

    "Ey Musa, Allah sənə bir oğul verəcək. Ona Əli adını qoy. Onun Allahın nuru ilə görər və ilahi fəhm ilə eşidər; söylədiyi hər şey hikmətin elə özüdür. O, əsla səhv etməyəcək və işi hər zaman məqsədə uyğundur; alimdir, cahil deyil və hər şeyi bilər.
 
  İmam Rza (ə) elə bir dövrdə imamət və ümmətin rəhbərlik vəzifəsini boynuna götürdü ki, əgər onun işləri olmasaydı, bu gün İslam və Qurandan heç bir əsər qalmayacaqdı. İmamın yaşadığı ikinci əsrin sonları və üçüncü əsrin başlanğıcında İslam coğrafiyasında, xüsusilə də İran və iranlılar arasında bəzi məsələlər gündəmə gəlmişdi.  

 Qədim yunanlara aid elmlər İslam coğrafiyasında yayılmağa başlamışdı. Huneyn ibn İshaq və ya "ərəbin filosofu" ləqəbi ilə tanınmış Yaqub ibn İshaq kimi kəslər yunanlara aid nəzərləri ehtiva edən əsərləri ərəbcəyə tərcümə etdilər. Bundan sonra Allah və tövhid məsələsi haqqında Məhəmməd peyğəmbərin (s) bəyanının xaricində bəzi düşüncələr müsəlmanların düşüncə və ifadələrinə daxil oldu. Yəni ilahi dinə söykənməyən bir tövhid anlayışı cəmiyyətdə yayılmağa başladı. Həmin dövrdə yəhudi və xristianlar da İslam cəmiyyətinə nüfuz etdilər.  

Matta İncilindəki ilk ayə belədir: Əzəldə "söz" var idi; söz Tanrı ilə birlikdə idi və söz Tanrının özü idi.  

 Matta İncilindəki bu ibarə əslində qərb düşüncəsindən və Əflatundan qalıb. Xristianların müqəddəs kitabına sonradan daxil edilib. Bu söz İslam cəmiyyətində ərəbcə və farscaya da tərcümə edilib. Müsəlmanlardan bir qismi bu sözdən ilhamlanaraq, ona islami rəng verməyə çalışaraq, Quranın qədim olub-olmadığı mövzusunu gündəmə gətirdilər. Əşairələr Quranın qədim olduğunu müdafiə etdilər, onun göylər və yerin yaradılışından əvvəl də var olduğunu iddia etdilər. Mötəzilə isə Quranın Peyğəmbərə (s) nazil olduğunu bildirərək, bu səbəbdən qədim olmadığını müdafiə etdilər.  

Sırf bu mübahisələr səbəbilə yalnız Xorasan bölgəsində yüz mindən çox insan öldürüldü. Yalnız bu fitnə Məhəmməd peyğəmbərin (s) bütün zəhmətlərini və İslam dinini yox etmək üçün kifayət edirdi. Belə kritik bir zamanda İmam Rza (ə) ümmətin ilahi rəhbərliyini boynuna götürdü və bu fitnə atəşini söndürdü. O dövrdə İslam ümmətinin düçar olduğu bəlalardan biri də bu idi ki, heç bir dünyəvi və axirət faydası olmayan mövzular barədə elmi "konfranslar" təşkil edilirdi. Məsələn "dəvə" sözü üzərində saatlarla müzakirələr aparılırdı. Onun mənşəyi, törəmələri və sair… boş və mənasız sözlərlə saatlarla zaman keçirirdilər. Digər bəla isə günah və fəsadın İslam cəmiyyətində son dərəcə yayılmış olması idi. Əbu Nəim İsfahani bunlardan bəzilərinə əl-Əğani kitabında toxunmuşdur.  

İmam Rza (ə) Əhli beyt imamları (ə) arasında əqli və fəlsəfi sözləri ən çox nəql edilmiş imamdır. Onun sözləri yalnız şiə üçün deyil, əhli sünnə üçün də xilasedici olub. İmamın (ə) sözlərinin çoxu Allah və tövhid mövzusu barədə idi. Allah cisimdirmi, deyilmi? Allahı gözlə görmək mümkündürmü, deyilmi? Gözlə görülməyən bir şey isbat edilə bilərmi? Allah cümə axşamları dünya səmasına enir?  

Bu və buna bənzər suallara İmam Rza (ə) əqli və fəlsəfi dəlillərlə ən gözəl formada cavablar verib. Halbuki İbni Teymiyyədən bu cür suallar soruşulduqda belə cavab vermişdir: Yalnız məndən Allahın saqqalını soruşmayın! Bundan başqa nə soruşacaq olsanız, mən cavabını verərəm! Mən necə bu minbərdən aşağı enirəmsə Allah da Ərşdən yer üzünə enməkdədir! Mən necə otururamsa, O da Ərşdə o cür oturmaqdadır! Onun əli və ayağı vardır. (Allaha pənah aparıram)  

İmam Rza (ə) Allahın cisim olmadığını və maddi xüsusiyyətlərdən münəzzəh olduğuna dair qəti dəlillər gətirmişdir. Fərqli dinlərin alimləri ilə apardığı elmi müzakirələrdə onların müqəddəs kitablarından gətirdiyi dəlillərlə İslam peyğəmbərinin (s) həqqaniyyətini və onun tövhid anlayışının doğruluğunu isbat etmişdir."
"O dövrdə İslam ümmətinin düçar olduğu bəlalardan biri də bu idi ki, faydası olmayan mövzular barədə elmi "konfranslar" təşkil edilirdi"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap