header

 İran İraqda İŞİD-ə qarşı əməliyyata başlayıb

Qasim Süleymani "Qüds" briqadası ilə birlikdə Amirlinin azad edilməsi əməliyyatında iştirak edib

İranın İslam İnqilabı Keşişkiçəlirinin Qüds korpusunun komandiri Qasim Süleymaninin İraqda şiələrin kompakt yaşadıqları və İŞİD terrorçularının mühasirəsindən azad olmuş Amurli şəhərindəki şəkili virtual mediada yayımlanıb.

FaktXəbər-in "Reuters"ə istinadən məlumatına görə, iranlı generalın Amurli şəhərinin azad olmasında böyük rolu olub. Belə ki, İranın hərbi mütəxəssisləri döyüşlərdə həm İraq Silahlı Qüvvələrinə, həm kürdlərin “Fədailər” briqadasına, həm də İraq Könüllü Dəstələrinə hərbi təlimlər keçiblər.

"Reuters"in İraqdakı müxbirinə müsahibə verən və adının açıqlanmamasını istəməyən kürd “Fədailər” dəstəsinin komandirlərindən biri bu haqqda danışaraq bildirib: “İrandan gəlmiş hərbi mütəxəssislər bu məsələdə əvəzsiz rola malikdirlər. Onlar şiələrə hərbi təlimatlar verirlər. Elə bu yaxınlıqdakı qərərgahlarda bir neçə iranlı mütəxəssis var ki, hazırda kürd “Fədailər” briqadasına təlim keçirlər. Onlar bizə ağır toplardan istifadə qaydalarını öyrədirlər. Kürdcə danışa bilmirlər, lakin tərcüməçi vasitəsi ilə bizə izah edirlər”.

Qeyd edək ki, İraqın Amurli bölgəsinin İŞİD terrorçularından təmizlənməsində "Sepai Bədr", "Əsaibu Əhlil Həqq", "Kətaibu Hizbullah" və Seyyid Müqtəda Sədrin tərəfdarları iştirak ediblər.

Qasim Süleymani "Qüds" briqadası ilə birlikdə Amirlinin azad edilməsi əməliyyatında iştirak edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap