Həyəcan siqnalı sionist məmurlarını qorxuya salıb
Həyəcan siqnalı sionist məmurlarını qorxuya salıb
Posted on : Digər sahələr 10/20/2021
Fələstin mənbələri Qəzza zolağı ətrafındakı yəhudi yaşayış məntəqələrində həyacan siqnalının səsləndirildiyini bildirib.
"Tashaio.com"ın Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, İsrail rejiminin ordusunun radiosu dünən (18 oktyabr) sionist rejimin Müdafiə naziri Beni Qantz və Baş Qərargah rəisi Aviv Koxavinin Qəzzaya bitişik olan qanunsuz yəhudi yaşayış məntəqələrində olduğu zaman hava həyacan siqnalının verilməsi barədə xəbər verib. Məlumata əsasən, həyəcan siqnalından dərhal sonra Qantz və Koxavi İsrail rejiminin keçmiş baş naziri İtshak Rabinlə bağlı keçirilən mərasimi dərhal tərk edib. Həyəcan siqlallarının həmçinin yəhudilərin Aşkelon qəsəbəsində də verildiyi bildirilir.