header

 Avropa da "İŞİD"çilərə qarşı hərəkətə keçdi

Amerikalı jurnalistlərin "İŞİD" terror qruplaşması tərəfindən öldürülməsindən sonra, Bosniya və Hersoqovina polisi sentyabrın 4-də qruplaşmaya qarşı əməliyyat həyata keçirib.

Qruplaşmayla əlaqəsi olduğu düşünülən 16 nəfər polis tərəfindən nəzarətə götürülüb. Polis həmin şəxslərin saxlanmasında Suriya və İraqda döyüşərək, radikal qruplaşmaya daxil olduqlarını əsas gətirib. Saxlanılan şəxslər arasında qruplaşmanın liderlərindən hesab olunan İbrahim Deliç və Bilal Bosniç də var. Əməliyyatın həyata keçirilməsinin səbəbi İbrahim Deliçin çıxışlarında Suriyada döyüşməsindən bəhs etməsidir. Ancaq, İ.Deliçin oğlu bunu təkzib edərək, atasının Suriyada axundluq etmək üçün getdiyini deyir. Əməliyyatın həyata keçirilməsinin bir digər səbəbi isə B.Bosniçin gəncləri "İŞİD"-ə qatılması üçün təbliğat aparması iddia edilir. Bosniya və Hersoqovina polisi 17 məkanda həyata keçirdiyi əməliyyatda silah, komputer, telefon kartları, təbliğat vasitələri ələ keçirib. Qeyd edək ki, hökumət keçən ildən tətbiq etdiyi qanunda xaricdəki döyüşlərdə iştirak edən və ya qruplaşmalara üzv olan şəxslərə 1 ildən 10 ilə qədər həbs cəzası tətbiq edir
Amerikalı jurnalistlərin "İŞİD" terror qruplaşması tərəfindən öldürülməsindən sonra, Bosniya və Hersoqovina polisi sentyabrın 4-də qruplaşmaya qarşı əməliyyat həyata keçirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap