Azərbaycanla İran arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf edib
Azərbaycanla İran arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf edib
Posted on : Digər sahələr 09/24/2021
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Azərbaycanla İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.