header

 Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını yaxalandı

Rusiya Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib. Bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Qəzetdə Suriyada hökumət əleyhinə vuruşan silahlı ünsürlərin maliyyələşdirilməsi ilə bağlı cinayət işinin təfərrüatları barədə dərc olunan yazıda Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsinin yerli sakini, milliyyətcə azərbaycanlı Qaçay Tağı oğlu Hacıyevə qarşı "terrorçuların maliyyələşdirilməsi" maddəsi ilə cinayət işi başladığı qeyd olunub.
İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri Suriyada vuruşan "Cund əş-Şam" terrorçu qruplaşmasına göndərib.
Qaçay Hacıyev fevralın 26-da işdən evə avtomobillə qayıdarkən FTX əməliyyatçıları tərəfindən saxlanılıb. Daha sonra əməliyyatçılar onu evinə gətiriblər. Hacıyev saxlanılandan 10 gün sonra ona qarşı rəsmi ittiham irəli sürülüb. Onun hazırda Lipetskdə yerləşən müvəqqəti saxlanma təcridxanasında saxlanıldığı bildirilib. 
İstintaq iddia edir ki, Qaçayın qazandığı pullar Türkiyəyə, ordan isə Suriyadakı terrorçulara göndərilib. O, təkcə Suriyaya deyil, Azərbaycanda və Rusiyada yaşayan qohumlarına da pul göndərirdi".
Keçən ilin aprelində “Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevin itkin düşdüyü barədə məlumat yayılmışdı. Məlumatda Aqil Hacıyevin “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulduğu və şəriət qanunları ilə barəsində edam hökmü çıxarıldığı qeyd olunmuşdu. Onun aqibəti məlum deyil.
APA məlumat verib ki, Hacıyev qardaşları Lənkəran rayonunun Boladi kəndində doğulublar. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib. 

Rusiya Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib. Bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:41 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap