header

 İraqlı deputat: “ABŞ seçkiqabağı sabitliyi pozmaq üçün layihəyə başladı”

 İraqlı deputat: “ABŞ seçkiqabağı sabitliyi pozmaq üçün layihəyə başladı”

İraqlı millət vəkili Abbas Şail ölkədə erkən parlament seçkilərindən əvvəl ABŞ-ın İraqdakı sabitliyi pozmaq layihəsini gündəmə gətirdiyini bildirib.

Tashaio.com xəbər verir ki, Al-Sumaria News-un yazdığına görə, Abbas Şail mətbuata açıqlamasında bunları deyib: “Seçki ərəfəsində amerikalılar İraqda sabitliyi pozmaq üçün mühüm layihəyə başladılar.

 

Amerikalılar Əfqanıstanda etdiklərini İraqda etməyə çalışırlar. İraqdakı bütün siyasi qruplar seçkilərin əvvəlcədən təyin olunmuş tarixdə keçirilməsində israrlıdır.

 

Bundan əvvəl iraqlı millət vəkili Hüseyn Səlim də ABŞ-ın İraqın daxili işlərinə qarışması ilə bağlı xəbərdarlıq edərək, belə demişdi: “Amerikalılar bir müddətdir ki, Bağdada bir sıra Əfqanıstan vətəndaşlarını və qaçqınları qəbul etməyə icazə vermək üçün İraq hökumətinə təzyiq göstərirlər. Bu təzyiqlərin səbəbi Bağdad hökumətinin zəif mövqeyidir.

 

İraqda Əfqanıstan vətəndaşlarını yerləşdirmək üçün ABŞ-dan çox təzyiq var. Siyasi qruplar bunu dayandırmaq üçün Bağdad hökumətinə təzyiq göstərməlidirlər. Əfqanıstan vətəndaşlarının İraqa axını onu göstərir ki, amerikalılar nəinki İraqdan qüvvələrini çıxarmağa qərarlı deyil, həm də başqa layihələr həyata keçirəcəklər”.

İraqlı millət vəkili Abbas Şail ölkədə erkən parlament seçkilərindən əvvəl ABŞ-ın İraqdakı sabitliyi pozmaq layihəsini gündəmə gətirdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-14-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap