header

 Seyid Həsən Nəsrullah: “ABŞ-ın planları alt-üst oldu”

 Seyid Həsən Nəsrullah: “ABŞ-ın planları alt-üst oldu”

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanda hökumətin qurulmasından məmnun olduğunu bildirib və yeni hökumətin xalqın güzəranı və iqtisadi vəziyyəti ilə maraqlanmalı olduğunu söyləyib.

Tashaio.com Hurseda-ya istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah dünən (13 sentyabr) axşam Livanda hökumətin qurulmasından sonra ölkədə və bölgədə baş verən hadisələrlə bağlı çıxış edib.

 

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Livan hökumətinin qurulmasına toxunaraq, Hizbullahın bu məsələni alqışladığını və bu uğurda əməyi olan hər kəsə təşəkkür etdiyini bildirib: “Kabinetin prioriteti aydındır. Xalq üçün xüsusi prioritet... İnsanların dolanışığını düşünən kabinetə ehtiyacımız var.

 

İndiki hökumətin prioriteti islahatlar aparmaq və ölkəni dağılmaqdan xilas etmək olmalıdır”.

 

Seyid Həsən Nəsrullah Hizbullahın parlament seçkilərinin vaxtında keçirilməsinə verdiyi dəstəyə toxunaraq, belə danışıb: “İlk gündən səmimi olaraq bu kabinetin qurulmasını istədik. Seçkilər, əlbəttə ki, indiki hökumətin prioritetlərindən və vəzifələrindən biridir. Ümid edirik ki, bu kabinetə ən qısa zamanda etimad səsi veriləcək, çünki vaxt azdır”.

 

Hizbullahın baş katibi çıxışının başqa bir hissəsində İranın Livana yanacaq göndərməsi ilə bağlı açıqlamalar verib və bunları söyləyib: “Neft məhsulları daşıyan ilk İran tankerinin təyinatı ilə bağlı iki seçimimiz var idi: Livan və ya Suriya ... Amma Livan hökumətinə problem yaratmamaq üçün onu Suriyaya göndərmək qərarına gəldik. Suriya razılaşdı ... Bu uğurun əldə edilməsində dəstəklərinə, asanlaşdırılmasına və iştirakına görə, Suriya rəhbərliyinə təşəkkür edirik”.

 

Seyid Həsən Nəsrullah sözlərini belə davam etdirib: “Suriya gəmilərin hərəkətini və tankerlərin Baniyas limanında saxlanılması və sərhədlərə gediş-gəlişini asanlaşdırdı... Neft məhsulları daşıyan ilk gəmi bazar günü (12 sentyabr) axşam Baniyas limanına gəldi və bu gün (13 sentyabr) yükünü boşaldır... məhsulların əl-Bəqaaya köçürülməsi bu cümə axşamı başlayacaq.

 

Bir gəmi göndərmə vədinin media üçün olduğunu və həqiqət olmadığını iddia edən bir çox adamın hesablamaları pozuldu. İsrail rejiminin gəmiləri hədəfə alacağına ümid edənlər yanıldılar ... İsrail rejiminin başına bəla gəldi. Mövcud çəkindiricilik tənliyi ilk gəminin gəlişini dəstəklədi”.

 

Hizbullahın baş katibi gəmilərin uğursuzluğu üzərinə hesablamalar edən ABŞ-ın hesablamalarının uğursuz olduğuna diqqət çəkərək, belə deyib: “Burada Hizbullahla Livan hökuməti arasında problem yaradacağını düşünənlərin hesabları alt-üst edildi. Bütün bu hesablamalar bitdi, real və ciddi iş mərhələsinə çatdıq.

 

Dizel yanacaqlı gəmi bir neçə gün ərzində Baniyasa gələcək. İrandan benzin daşıyan üçüncü gəminin göndərilməsi üçün də inzibati tədbirlər görüldü ... Dördüncü gəmi də dizel daşıyacaq və daha sonra göndəriləcək ... Növbəti gəmilər üçün yeni hökumət qərar verəcək.

 

Hizbullah bu gəmilərlə ticarət və qazanc əldə etmək istəmir, əksinə Livan xalqının problemlərini yüngülləşdirməyə çalışır. İrandan dizel və ya benzin almaqda problem yaşayan bəzi qurumların və ya partiyaların olduğunu düşünürük, amma neft məhsulları bütün Livan xalqına aiddir.

 

Yanacaq məhsullarının paylanması ilə əlaqədar olaraq belə hərəkət edərik: sentyabrın 16-dan oktyabrın 16-dək bu məhsulları bir ay ərzində aşağıdakı təşkilatlara pulsuz olaraq verəcəyik:

 

- Dövlət xəstəxanaları,

 

- qocalar evləri,

 

- uşaq evləri,

 

- əlillərə qulluq mərkəzləri,

 

- bələdiyyələr,

 

- yanğınsöndürmə briqadaları

 

- və Livanın Qırmızı Xaç Təşkilatı”.

 

Hizbullahın baş katibi dizelin qara bazara girməməli olduğunu vurğulayaraq, çıxışına belə davam edib: “Neft məhsullarını Livan lirəsi ilə satacağıq. Yeni hökumətə tövsiyəm budur ki, inhisarçıların qarşısını almaq üçün vətəndaşlara subsidiyalı neft məhsulları tədarükünü təmin etsinlər. Gəmilərdən ibarət karvanı təmin edə bilərik, amma kimisə təhrik etmək istəmirik. Siyasi dividend qazanmaq və ya mediada yer almaq məqsədi güdmürük”.

 

Seyid Həsən Nəsrullah İran İslam Respublikası və Ali Məqamlı Rəhbər İmam Xameneiyə, prezident cənab Rəisiyə və İran hökumət rəsmilərinə bu məsuliyyəti daşıdıqları üçün təşəkkür edərək, belə danışıb: “Suriyaya hökumətinə və dövlət başçısına təmin etdikləri rahatlıq və köməkliklər üçün təşəkkür edirik. Bu yola başlamağın nemətləri, yeni qapıların açılması, ABŞ-ın Misirdən Livana qaz almağa çalışmasıdır və bu proses insanların əziyyətini yüngülləşdirmək üçün yaxşıdır.

 

Livan hökumətindən bir heyət formalaşdırıb, Suriyaya göndərməsi ilə bağlı istəyimiz bu yolda bir başqa nemət idi. Amerikalılar bunu qəbul etməyə məcbur oldular. Yanacaq İraqdan gələcək və İraq hökumətinə də təşəkkür edirik”.

 

Hizbullahın baş katibi çıxışının digər hissəsində altı fələstinli məhbusun sionist rejimin Gilboa həbsxanasından qaçması mövzusuna toxunaraq, belə deyib: “"Azadlıq tuneli" əməliyyatı çox əhəmiyyətli nəticələr verdi. Bu qəhrəmanların cəsarətini, qətiyyətini və ixtiraçılığını göstərdi ... Bu hərəkətin ən əhəmiyyətli praktiki mənası Fələstin vətəndaşlarının azadlıqda israr etməsidir ... Dünən bu iki əsirin Livana girdiklərindən bəhs edildi və onları səbirsizliklə gözlədik.

 

Fələstin xalqı qaçan altı əsirdən qalan iki məhbusun həyatını xilas etməkdə cavabdehdir və bu, humanitar, mənəvi və cihadçı bir öhdəlikdir. Qəzzanın azad edilməsinin 16-cı ildönümü müqavimət üçün böyük zəfərdir... Qəzzanın azad edilməsi bu bölgəni böyük müqavimət və ümid bazasına çevirdi”.

 

Hizbullahın baş katibi çıxışının son hissəsində Hizbullahla Livan ordusu arasındakı əməkdaşlığa toxunub və bunları söyləyib: “Ordu-millət-müqavimət qızıl tənliyi quruldu və bu 2000-ci ildəki qələbələrdə və 33 günlük müharibədə də özünü göstərdi”.

 

Seyid Həsən Nəsrullah amerikalılara səslənərək, belə deyib: “Bütün planlarınız alt-üst oldu və siyasətləriniz uğursuzluğa düçar oldu. Bütün planlarınız boşa çıxdı ... məğlub olacaqsınız. Livanın daxili təhlükəsizliyini və sərhədlərini qoruyan qızıl tənlik qorunacaq. Biz bunun aradan getməsinə imkan verməyəcəyik”.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanda hökumətin qurulmasından məmnun olduğunu bildirib və yeni hökumətin xalqın güzəranı və iqtisadi vəziyyəti ilə maraqlanmalı olduğunu söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-14-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap