header

 İraqın Kürdüstan bölgəsində Mossadın casusluq mərkəzi vuruldu

 İraqın Kürdüstan bölgəsində Mossadın casusluq mərkəzi vuruldu

İraqın təhlükəsizlik rəsmiləri sentyabrın 11-i İraq Kürd Regional Rəhbərliyindəki Ərbil Beynəlxalq Hava Limanının bir pilotsuz təyyarə hücumunun hədəfi olduğunu və ABŞ əsgərlərinin yerləşdiyi yerin yaxınlığında partlayışlar olduğunu bildiriblər.

Tashaio.com Rasthaber-ə istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə İraqın Kürdüstan bölgəsindəki hava limanında partlayışların olduğu görünür. Hələlik insan tələfatı barədə məlumat verilmir.

 

Bölgənin Terrorla Mübarizə İdarəsinin açıqlamasına görə, bombalı PUA-lar ABŞ-ın koalisiya qüvvələrinin istifadə etdiyi hava limanı hissəsini hədəfə alıb və şahidlər, bölgədə ən az altı partlayış səsi eşitdiklərini söyləyiblər.

 

Yerli mənbələr Ərbil hava limanına edilən hücumla bağlı daha ətraflı məlumat verərək, hücumda Mossad qərargahının hədəfə alındığını bildiriblər.

 

Əl-Mayadin kanalına məlumat verən mənbələr şənbə gecəsi Ərbil hava limanına edilən hücumla bağlı daha ətraflı məlumat verib.

 

Sözügedən mənbələr İraqın şimalındakı Ərbildəki ABŞ bazasına PUA hücumundan danışıblar və bu hücumun hədəfinin sionist rejimin Mossad kəşfiyyat mərkəzinin olduğunu söyləyiblər.

 

İraqın Kürdüstan bölgəsindəki Ərbil Hava Limanının şimalındakı hədəf Mossad qərargahı idi. Pilotsuz təyyarələr və katyuşa raketləri ilə hədəfə alınan qərargah Mossadın casusluq bazası idi.

 

Bu arada, ABŞ-ın işğalçı koalisiyasının sözçüsü Ueyn Marutto bildirib ki, Ərbildəki ABŞ bazasına iki PUA tərəfindən hücum edildiyini təsdiqləyib. Açıqlamada hücumda heç bir itkinin olmadığı bildirilib.

 

İyun ayında da, Ərbil yaxınlığındakı İsrail rejiminin başqa bir kəşfiyyat bazasına naməlum pilotsuz təyyarələr hücum edərək, 3 Mossad zabitini öldürmüş və bir neçə nəfəri yaralamışdı.

 

Oxşar bir proses aprel ayında da baş vermiş və İraqın şimalında Mossada aid təlim bazasına edilən hücumda bir sionist zabit öldürülmüşdü.

 

Pilotsuz təyyarənin hücumu ilə bağlı məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

İraqın təhlükəsizlik rəsmiləri sentyabrın 11-i İraq Kürd Regional Rəhbərliyindəki Ərbil Beynəlxalq Hava Limanının bir pilotsuz təyyarə hücumunun hədəfi olduğunu və ABŞ əsgərlərinin yerləşdiyi yerin yaxınlığında partlayışlar olduğunu bildiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-14-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap