header

 General İsmayıl Qaani: “ABŞ Əfqanıstanı rüsvay olmuş halda tərk etdi”

 General İsmayıl Qaani: “ABŞ Əfqanıstanı rüsvay olmuş halda tərk etdi”

İranın İslam İnqilabı Keşikçiləri Ordusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani bu gün (7 sentyabr) İran parlamentində keçirilən qapalı iclasda hesabat verib.

Tashaio.com Mehrnews-a istinadən xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İbrahim Rzai, regional problemlərin müzakirə edildiyi qapalı iclasla əlaqədar bir açıqlama verərək, belə deyib: “Qüds Qüvvələri komandanı bu iclasda ABŞ-ın Əfqanıstandakı hərbi məğlubiyyətinə toxundu və ölkənin təhlükəsizliyinin pozulmasına heç vaxt icazə verməyəcəklərini vurğuladı.

 

Qüds Qüvvələrinin komandanının açıqlamasına görə, ABŞ rəhbərliyi Əfqanıstana 80 min əsgər göndərdi. Ölkədə gündə 300 milyon dollardan çox pul xərclədi və 10 mindən çox əsgəri öldü. Amma ABŞ heç bir nəticə əldə etmədi. Qüds Qüvvələrinin komandanı briqada generalı Qaani, ABŞ-ın İran, Rusiya, Çin və Hindistanda hökmranlıq etmək üçün Əfqanıstana girdiyini, ancaq məğlub olduğunu və nəticədə ölkədən rüsvay olmuş halda qaçdığını vurğuladı”.

 

General Qaani ABŞ-ınməqsədlərinə nail olmaq üçün İŞİD-i Əfqanıstana köçürdüyünü və Dohada keçirilən Əfqanıstan sülh danışıqlarının da uğursuzluğa düçar olduğunu qeyd edib.

 

Təbriz xalqının parlamentdəki nümayəndəsi Əhməd Əlirəza Beiqi isə sözügedən iclasla bağlı bunları danışıb: “General Qaaninin sözlərinə görə, siyasi və hərbi ekspertlər ABŞ-ın Vyetnamdakı məğlubiyyətindən daha önəmli olaraq ABŞ-ın Əfqanıstandakı məğlubiyyətini təhlil edirlər.

 

ABŞ-ın Əfqanıstanda olmasının 11 sentyabr hadisələri ilə heç bir əlaqəsi yox idi və ABŞ Əhməd Şah Məsudun öldürülməsindən sonra Əfqanıstanda qalmaqda qərarlı idi.

 

ABŞ-ın planı İranı sünni dünyası ilə məşğul etməkdir. Buna görə də elə davranmalıyıq ki, İranın təhlükəsizliyi pozulmasın. İran Əfqanıstan məsələsini müharibə yolu ilə həll etməməyə çalışır və Əfqanıstanın bütün qəbilələri ölkənin idarə olunmasında iştirak etməlidir”.

İranın İslam İnqilabı Keşikçiləri Ordusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani bu gün (7 sentyabr) İran parlamentində keçirilən qapalı iclasda hesabat verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-08-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap