header

 “Freedom House” yenə Azərbaycana qarşı sanksiyalara çağırdı

Mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” insan hüquqları təşkilatının rəhbəri Devid Kramer Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqinə çağırıb.

O, “Amerikanın səsi” radiosuna deyib ki, Belarus 10 ildir Lukaşenko rejiminin törətdiyi insan haqları pozuntularına görə sanksiyalarla üzləşir: “2012-ci ildə qəbul edilmiş Maqnitski (həbsdə işgəncələrdən ölmüş rusiyalı hüquqçu – red.) aktı isə insan haqlarını pozan Rusiya məmurlarını hədəf alır. Belarusda söhbət 9-10 siyasi məhbusdan, Rusiyada isə “Memorial” cəmiyyətinin hesablamalarına əsasən, 45 adamdan gedir. Amma əhalisi Rusiyadan qat-qat az olan Azərbaycanda siyasi məhbusların sayı 100-ü ötüb. Baş verən basqılar fonunda Azərbaycana baxmağın vaxtı gəlib çatıb.

Zənnimcə, Konqres insan haqlarını pozan məmurlara qarşı qlobal Maqnitski qanunu qəbul etməlidir. Təəssüf ki, Azərbaycan özünü bu qlobal Maqnitski qanununa layiqli namizədə çevirir. Biz bu sanksiyaları Belarusa, Rusiyaya tətbiq etmişik. Axı niyə Azərbaycanla fərqli şəkildə rəftar olunmalıdır?”

Devid Kramer əlavə edib ki, Azərbaycan Avropa Şurasının insan haqları standartlarına yaxın da gəlmir: “Freedom House” təşkilatının sorğularında Azərbaycan azad olmayan ölkələr sırasında sonuncu yerlərdən birini tutur. O, qismən azad ölkələr qrupuna heç yaxın da deyil. Xeyli aşağıdadır.

Enerji, iqtisadi və təhlükəsizlik maraqları baxımından Azərbaycan ABŞ üçün əhəmiyyət kəsb edir. Azərbaycan Əfqanıstana tranzit ölkə olaraq əks-terrorizm səylərində iştirak edir. Azərbaycan rəsmiləri hər gün hamıya xatırlatmağı sevirlər ki, onlar çətin qonşuluqda fəaliyyət göstərirlər. Amma bunlar Azərbaycan rəhbərliyinin hüquq pozuntularına bəraət qazandırmır. Bu mənada Azərbaycan bizim rəhbər tutduğumuz dəyərlərdən uzaqlaşır. Basqılar həyata keçirən, öz iradəsini zorakılıqla tətbiq edən və sivil cəmiyyət məkanını məhdudlaşdıran hökumətlə münasibət saxlamaq çətin olur. Mənim qənaətim budur ki, ABŞ rəsmiləri Azərbaycandakı basqılardan əsəb keçirirlər. Sabiq səfir Riçard Morninqstar Azərbaycandakı basqılardan narazılıq ifadə edirdi. Bu cür olaylar bizim üçün normal münasibətlər saxlamağı çətinləşdirəcək. Azərbaycan hökumətinin beynəlxalq standartları rədd etməsi, onları pozması və Avropa Şurasını öz davranışı ilə məsxərəyə qoyması durumu çətinləşdirir”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap