header

 Peyğəmbərimizə (s) borc verən yəhudinin hidayəti

 Peyğəmbərimizə (s) borc verən yəhudinin hidayəti

Ədalətə əməl etmək o qədər mühüm mövzudur ki, heyvanlar belə zülm etsələr, onlar da hesab verəcəklər. Əbuzər nəql edir ki, bir gün Peyğəmbərin (s) xidmətində olan zaman, iki qoç bir-birinə buynuz vururdu.

Həzrət (s) buyurdu: “Bilirsinizmi ki, bu qoçlar niyə bir-birinə buynuz vururlar?”.

Dedim: “Bilmirəm”.

Həzrət (s) buyurdu: “Əgər siz bilməsəniz də, Allah Təala bilir. Axirətdə bunların arasında qazilik edəcəkdir”.

 

Başqa hədisdə oxuyuruq: “Allah bütün canlıları Qiyamət günü dirildəcək və bəzilərinin qisasını bəzilərindən alacaqdır. Hətta buynuzlu heyvandan ki, buynuzsuz heyvana səbəb olmadan buynuz çəkdiyi üçün”.

 

Cəricərə adlı bir yəhudi kişi Peyğəmbərə (s) verdiyi bir neçə dinar borcu geri istəmişdi. Həzrət (s) isə ona demişdi ki, bu pulu sənə verməyə imkanım yoxdur. Yəhudi demişdi ki, səndən həmin pulu almayınca yanından ayrılmayacağam. Həzrət (s) buyurmuşdu ki, mən də səninlə birlikdə əyləşərəm.

Həzrət (s) əyləşdiyi yerdən zöhr, əsr, məğrib və işa namazlarını qılır və sonrakı gününün sübh namazını da qılır. Həzrətin (s) səhabələri yəhudini hədələdilər ki, qorxsun. Ancaq Həzrət onlara buyurdu: “Onunla nə işiniz var ki?”.

Deyirlər: “Ya Rəsulallah! Bir yəhudi sizi həbs etmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Pərvərdigarım məni zülm etməkdən saxlamışdır – istər zimmə əhlindən olsun, istərsə də hər bir başqa kəslə bağlı”.

 

O zaman ki, həmin gün sona çatır, yəhudi Həzrətin (s) əxlaqının təsiri altına düşür. Kəlmeyi-şəhadətləri dilinə gətirir və müsəlman olur. O, deyir: “Mal-dövlətimin yarısı Allah yolunda olsun. Allaha and olsun ki, mən bu işi səninlə ona görə etdim ki, baxım görüm Tövratda səninlə bağlı bəyan olunanlar doğrudur, yoxsa yox. Belə ki, həmin sifətlər bunlardır: “Nə kobuddur, nə sərtdir, küçə və bazarda qışqırmaz, təhqir etməz və söyüş söyməz””.

 

Ədalət elə əxlaqdır ki, insanlıqdan daha ucadır. Həzrət Peyğəmbər (s) buyurur: “Bütün insanlar bərabərdirlər, darığın dişləri kimi”.

 

O kəslər ki, ədalətdən dəm vurarlar, ancaq başqa cür rəftar edərlər, Quranda Ğaun adı ilə adlandırılmışdılar. Onların ağrılı əzabları vardır. Beləliklə, (ibadət etdikləri) o tanrılar və azğınlar bir-birinin ardınca, üzü üstə atılarlar. (“Şüəra” 94).

 

İmam Baqir (ə) bu ayə ilə bağlı buyurur: “Əzab olunan bu insanlar o millətdir ki, dilləri ilə ədaləti təsvir edərlər, ancaq əməldə başqa işin ardınca gedərlər. (Həvzəh)

Ədalətə əməl etmək o qədər mühüm mövzudur ki, heyvanlar belə zülm etsələr, onlar da hesab verəcəklər. Əbuzər nəql edir ki, bir gün Peyğəmbərin (s) xidmətində olan zaman, iki qoç bir-birinə buynuz vururdu.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-28-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap