header

 Hizbullah: “Livanda bütün əzabların səbəbkarı ABŞ-dır”

 Hizbullah: “Livanda bütün əzabların səbəbkarı ABŞ-dır”

Livanın Hizbullah hərəkatının İcra Şurasının başçısı Seyid Haşim Səfiuddin ABŞ-ın müdaxiləsinin Livanın bütün əziyyətlərinin səbəbi olduğunu vurğulayaraq, Müqavimət Cəbhəsinin daha güclü və böyük hədəflərinə çox yaxın olduğunu söyləyib.

Tashaio.com xəbər verir ki, Əl-Əhd şəbəksinin məlumatına görə, Seyid Haşim Səfiuddin Livanda keçirilən “Əvli əl-Qibləteyn” (İki qiblənin birincisi) beynəlxalq virtual Qurani-Kərim yarışmasında çıxışı zamanı belə danışıb: “Bu gün Livanı yıxan bu ölkənin bütün işlərinə qarışmağa davam edən ABŞ-dır.

 

Bu gün Livandakı bütün əzablara birbaşa və ya dolayısı ilə ABŞ səbəb olur. Amerikanın tiranlığı Livanı, Fələstini və bölgədəki izzət və müqavimətin olduğu hər yeri hədəfə alır.

 

Amerikalılar təxribat məqsədilə İraq, Əfqanıstan və Suriyaya gəldilər və Yəməni məhv etmək üçün silah və raket göndərdilər.

 

“Qüds qılıncı” savaşı haqq ilə batilə qarşı mübarizə, dəyərlərin və insanlığın, dünyanın bütün şərəfli insanlarının müdafiəsi idi. Qüds qılıncı ABŞ və İsrail rejimini məğlub etdi”.

 

Seyid Safiuddin 2006-cı ilin yayında sionist rejimlə 33 günlük müharibədəki müqavimətin qələbəsinin ildönümünə toxunaraq, bunları deyib: “Müqavimət iyul döyüşlərindən sonra güclənməyə davam etdi.

 

2006-cı ilin iyul müharibəsi günlərində düşmən cəbhəsi qarışıq qaldı, müqavimət aydın baxışa sahib idi və güclü və dayanıqlı xalqa arxalanırdı.

 

Müqavimət Cəbhəsinin yaranması 2006-cı il müharibəsinin nəticəsidir. Əgər o müharibə olmasaydı, müqavimət oxu olmazdı.

 

Bugünkü müqavimət bölgəmizdə daha da gücləndi və daha möhkəmləndi, Qüds qılıncı bu böyük dəyişikliyi göstərdi”.

 

Hizbullah rəsmisi ABŞ-ın Livana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan da danışıb: “Bu gün ABŞ bölgədəki bütün insanları və onların ehtiyaclarını hədəfə alıb və bu gün müqavimət cəbhəsində böyük hədəflərimizə çatmağa yaxınlaşırıq”.

Livanın Hizbullah hərəkatının İcra Şurasının başçısı Seyid Haşim Səfiuddin ABŞ-ın müdaxiləsinin Livanın bütün əziyyətlərinin səbəbi olduğunu vurğulayaraq, Müqavimət Cəbhəsinin daha güclü və böyük hədəflərinə çox yaxın olduğunu söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-18-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap