İŞİD CAVAN QIZLARA VƏ QADINLARA TƏCAVÜZ EDIR
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 12:59:31 PM
Arannews - Türkiyənin “Milliyyət” qəzeti İŞİD-ın əsirliyindən qaçan bir qızın başına gələnləri açıqlayıb.
İraqın Sincar vilayətində İŞİD əsirliyində saxlanılan bu gənc qız qəzetin müxbirinə verdiyi müsahibəsində deyib:
”Terrorçular bizi əsir aldıqdan sonra dinimizi dəyişməyə məcbur etdilər. Daha sonra cavan qızları və qadınları Tel-Afər vilayətinə apardılar və bizə təcavüz etdilər".
İŞİD-in əlindən qaçaraq canını qurtaran bu izədi qızı xəcalətdən üzünü tutaraq ağlaya-ağlaya bu zorakılıq zamanı terrorçuların hər cür qeyri-insani vəhşiliyə yol verdiklərini bildirib.
O həmçinin, bu təcavüzün hər gün davam etdiyini və İŞİD liderləri üçün isə hər dəfə 3 qızın seçildiyini söyləyib.