header

 Rusiyadan Hizbullaha: “Suriyada qalmağınızı istəyirik!”

 Rusiyadan Hizbullaha: “Suriyada qalmağınızı istəyirik!”

Livan mətbuatı Hizbullah heyətinin son Moskva səfərinə istinad edərək, Rusiyanın Hizbullahın Suriyadakı varlığını zəruri hesab etdiyini yazıb.

Tashaio.com xəbər verir ki, Livanın Əl-Əxbar qəzeti Rusiyanın Hizbullahın Suriyadakı varlığından narahat olduğu iddialarının əksinə olaraq, Rusiya səlahiyyətlilərinin Hizbullaha ehtiyac duyduqlarını Moskvaya gəlmiş Hizbullah heyətinə çatdırdıqlarını yazıb.

 

Hizbullahın Livan Parlamentindəki “Müqavimətə sədaqət” qrupunun rəhbəri Məhəmməd Raadın başçılığı ilə Hizbullah heyəti, ötən ay Rusiyanın dəvəti ilə Moskvaya səfər etmiş və Rusiyanın Xarici İşlər və Müdafiə Nazirliyinin səlahiyyətliləri ilə görüşmüşdü.

 

Qəzet Rusiya hərbi və siyasi rəsmilərinin Hizbullah qoşunlarının hərbi intizamını, peşəkarlığını və müharibədə nəzərdə tutulan hədəflərə çatmaq üçün yüksək tutumunu təriflədiklərini bildirib.

 

Rusiya rəsmiləri Suriyanın hər hansı bir bölgəsində Rusiya və İranın tərk edəcəyi boşluğu suriyalıların yox, ABŞ tərəfindən doldurulacağını bildikləri üçün Hizbullahın Suriyadakı varlığını hər zamankindən daha lazımlı gördüklərini qeyd edən qəzet belə yazıb: “Bu səbəbdən, Rusiya rəsmiləri Hizbullah rəhbərliyinə açıq mesaj vermək istədi: "Suriyada olmağınız hərbi sahədə olduğu kimi siyasi sahədə də lazımdır. Gələcəkdə sizinlə hər iki sahədə də əməkdaşlıq edəcəyimizə inanırıq". Ruslar Hizbullahı təkcə Livan təşkilatı olaraq deyil, bölgənin bir çox ölkəsində mövcudluğunu davam etdirən partiya olaraq görürlər”.

 

Əl-Əxbar qəzeti, Hizbullah heyətinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müavini Mixail Boqdanov və Nümayəndələr Palatasının üzvləri başda olmaqla Rusiya rəsmiləri ilə görüşlərində Yəmən, İraq, Suriya, Fələstin və digər ölkələrdəki vəziyyəti müzakirə etdiyini bildirib.

 

Hizbullahın Rusiya paytaxtında bir nümayəndəlik açmasının hər iki tərəfin də nəzərdən keçirdiyi mövzu olduğunu bildirən qəzet, Rusiya və Hizbullah rəsmilərinin görüşlər əsnasında aralarında əlaqələrin gücləndirilməsinin və birbaşa əlaqə kanallarının yaradılmasının vacibliyini vurğulayıb.

Livan mətbuatı Hizbullah heyətinin son Moskva səfərinə istinad edərək, Rusiyanın Hizbullahın Suriyadakı varlığını zəruri hesab etdiyini yazıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-07-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap