ABŞ Hava Qüvvələrinin yeni hipersəs raket sınağı uğursuzluqla sona çatıb
Posted on :
Digər sahələr
04/07/2021
“ARRW” proqramı çərçivəsində ABŞ-ın yeni hipersəs raketinin sınağı uğursuzluqla başa çatıb.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kaliforniya sahillərində Sakit Okean üzərində aparılan sınaq zamanı raket atış zamanı bərkidildiyi “B-52” bombardmançı təyyarədən ayrılmayıb.
Sınağın uğursuz alınmasına baxmayaraq, ABŞ Hərbi Hava Qüvvələrinin Logistika Komandanlığının sözçüsü briqada generalı Hit Kollins qeyd edib ki, yaranan boşluqların, problemin öyrənilməsi üçün əvəzsiz məlumatlar əldə edilib