header

 Yəmən Səudiyyə rejiminin hərbi hədəflərinə qarşı raket və PUA əməliyyatları keçirdi

 Yəmən Səudiyyə rejiminin hərbi hədəflərinə qarşı raket və PUA əməliyyatları keçirdi

Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin işğalçı koalisiyasının Ciddədəki hərbi hədəflərini vurmaq üçün bir neçə raket və döyüş PUA-sından istifadə edib.

Tashaio.com xəbər verir ki, yerli mənbələr paytaxt Sənadakı Yəmən Milli Qurtuluş Hökumətin tabeliyindəki ordu və inqilabi xalq komitələri (Ənsarullah) tərəfindən Səudiyyə rejiminin cənub və qərbindəki hədəflərə qarşı raket və pilotsuz təyyarə əməliyyatlarının aparıldığını bildirib.

 

Sabreen News Teleqram kanalı bu gün (6 aprel) sübh xəbər verib ki, yəmənlilər Səudiyyə koalisiyasının Ciddədəki hərbi hədəflərinə və Səudiyyə rejiminin dərinliyinə bir neçə raket atıb.

 

Əl-Aləm telekanalının müxbiri, həmçinin Yəmənin Ciddədəki hədəflərə qarşı əməliyyatından sonra, şəhərin hava limanında, eləcə də Cizan hava limanında bütün uçuşların dayandırıldığını və bu ərazilərin səmalarının Səudiyyə rejimindən gələn təyyarələrdən boşaldıldığını söyləyib.

 

Bəzi mənbələr Ciddə hava limanının hərbi hissəsinin Yəmən raketləri tərəfindən hədəfə alındığını və aviasiya kəşfiyyatının görüntülərində təyyarələrin Ciddə hava limanına enə bilmədiyini və göydə dövrə vurduğunu göstərir.

 

Əməliyyatın digər təfərrüatları hələ açıqlanmayıb.

 

Bundan əvvəl Yəmən Milli Qurtuluş Hökumətinin müdafiə naziri Məhəmməd Nasir Əl-Atəfi, Səudiyyə rejiminin koalisiyasının Yəmənə təcavüzündə axmaqlığını davam etdirmək istəsə, böyük ağrı strategiyasının həyata keçiriləcəyini vurğulamışdı.

Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin işğalçı koalisiyasının Ciddədəki hərbi hədəflərini vurmaq üçün bir neçə raket və döyüş PUA-sından istifadə edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap