header

 İsrail insan haqları təşkilatı: İsrail hərbçiləri 2,1 mindən çox fələstinli uşağı qətlə yetirib

 İsrail insan haqları təşkilatı: İsrail hərbçiləri 2,1 mindən çox fələstinli uşağı qətlə yetirib

İsrail insan haqları təşkilatı: İsrail hərbçiləri 2,1 mindən çox fələstinli uşağı qətlə yetirib

2000-ci ilin sentyabrından indiyə qədər İsrail təhlükəsizlik qüvvələri işğal edilmiş və mühasirə altında saxlanılan Fələstin ərazilərində 2103 uşağı qətlə yetirib və minlərlə adamı nəzarətdə saxlayır. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu məlumatları İsrailin "B`Tselem" insan haqları təşkilatı yayıb. 
 
Keçmiş Fələstin Prezidenti Yasir Arafat 1995-ci ildə 5 aprel tarixini "Fələstinli Uşaqlar Günü" elan edib.
 
O vaxtdan bəri, işğal altındakı İordan çayının qərb sahilləri və  Şərqi Qüdsdə, eləcə də blokada altındakı Qəzza zolağında İsrailin uşaqlara qarşı vəhşiliyi və şiddəti artıb. 
 
Beynəlxalq hüquq normalarına məhəl qoymayan İsrail hər gün işğalını genişləndirir. Təəssüf ki, bu vəziyyətdən fələstinli uşaqlar da çox əziyyət çəkir.
 
"B`Tselem"in məlumatına görə, 2000-ci ildən indiyə qədər İsrailin hücumları nəticəsində Qəzza bölgəsində 1673 fələstinli uşaq ölüb.
 
Hüquq müdafiəçiləri israilin Qəzzada keçirdiyi "Ərinmiş qurğuşun" əməliyyatı nəticəsində 344, "Bulud sütunu" əməliyyatı nəticəsində 33, "Müdafiə səddi" əməliyyatı nəticəsində 548 uşağın öldürüldünüyü yazır.
 
Sənəddə qeyd edilir ki, hazırda İsrail həbsxanalarında təxminən 140 fələstinli uşaq saxlanılır.
İsrail insan haqları təşkilatı: İsrail hərbçiləri 2,1 mindən çox fələstinli uşağı qətlə yetirib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap