header

 ‘İsrail, Səudiyyə və ABŞ Şeyx Zəkzakinin sərbəst buraxılmasına mane olur’

 ‘İsrail, Səudiyyə və ABŞ Şeyx Zəkzakinin sərbəst buraxılmasına mane olur’

Nigeriya şiələrinin lideri Şeyx Zəkzakinin nümayəndəsi İsrail rejiminin, Səudiyyənin və ABŞ-ın Şeyx Zəkzakinin sərbəst buraxılmasına maneə törətdiyini bildirib.

Şeyx Adəm Əhməd Soho Cos Şeyx Zəkzaki və həyat yoldaşının həbsxanadakı son vəziyyəti və saxlanma şərtləri ilə bağlı suala cavab olaraq bildirib ki, Şeyx Zəkzaki və həyat yoldaşı çox ağır vəziyyətdədir, çünki Nigeriya hökuməti onların xəstəxanaya aparılmasına icazə vermir, yalnız bəzən həkim onları görmək üçün həbsxanaya gedir.   

O qeyd edib ki, Nigeriya hökuməti ölkədəki müxtəlif şəhər və kəndlərdə yaratdıqları vəhhabi təfəkkürlü qruplaşmaların dəstəyi ilə şiələrə pis davranır və onlara təzyiq göstərir.   

Şeyx Zəkzəkinin nümayəndəsi İsrailin Abuja səlahiyyətliləri tərəfindən Nigeriya şiələrinə təzyiq göstərməsində və Şeyx Zəkzakinin məhkəmə prosesinə müdaxiləsində rolu barədə mövcud məlumatlara toxunaraq bildirib: 

 "İsrail rejiminin Nigeriya hökumətinə etdiyi təzyiqlərin və məhkəmə prosesinə müdaxiləsi ilə yanaşı, Səudiyyə rejimi və ABŞ da Şeyx Zəkzaki və həyat yoldaşının mühakiməsinə maneə törədir".

Nigeriya şiələrinin lideri Şeyx Zəkzakinin nümayəndəsi İsrail rejiminin, Səudiyyənin və ABŞ-ın Şeyx Zəkzakinin sərbəst buraxılmasına maneə törətdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-30-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap