header

 İslamın Novruz bayramına münasibəti necədir?

 İslamın Novruz bayramına münasibəti necədir?

Novruz bayramı il təhvil olanda, baharın əvvəlində qeyd olunur. Astronomiya mütəxəssislərinin nəzərinə görə, Günəş yer səthinə yaxınlaşıb, şimal tərəfə hərəkət edən zaman ilin təhvil olmaq zamanı olar.

Novruz hələ qədim zamandan bəri ilin təhvil olması münasibətilə bayram kimi qeyd olunur. Yerin şad olduğu və canlıların həyəcana gəlib, qış yuxusundan ayıldıqları zamandır. Bu bayram insanları bir dam altında toplayar, küsənləri barışdırar və qohumlar arasındakı bağı möhkəmləndirər.

 

Bəs İslamın Növruz bayramına münasibəti necədir?

Bu bayramla bağlı hədislərimiz vardır ki, onlara nəzər salaq:

İmam Sadiq (ə) buyurur: “Nə zaman Novruz gəlib çatar, qüsl al, ən pakizə libaslarından geyin və ətirlən. Həmin günü oruc tut”.

 

Novruz bayramında İmam Əliyə (ə) hədiyyə gətirirlər və Həzrət (ə) buyurur: “Bu hədiyyə nədir?”. Onlar da cavab verirlər ki, bu gün Novruz bayramıdır. İmam (ə) buyurur: “Hər günü bizim üçün Novruz edin”.

 

Novruz bayramının ən önəmli adətlərindən biri – sileyi-rəhm etməkdir.

 

İmam Baqir (ə) buyurur: “Qohumlarla rabitə qurmaq – əməlləri pakizə edər. Malı artırar, bəlaları uzaqlaşdırar və insanın ölümünü təxirə salar”. (Tebyan)

 

Bu səbəblərdən də Novruz bayramı dinimiz tərəfindən bəyənilən bayramlardan hesab olunur.

Novruz bayramı il təhvil olanda, baharın əvvəlində qeyd olunur. Astronomiya mütəxəssislərinin nəzərinə görə, Günəş yer səthinə yaxınlaşıb, şimal tərəfə hərəkət edən zaman ilin təhvil olmaq zamanı olar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-22-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap