header

 Səudiyyə rejimi Yəmən qüvvələrinin Cizana raket hücumunu təsdiqlədi

 Səudiyyə rejimi Yəmən qüvvələrinin Cizana raket hücumunu təsdiqlədi

Səudiyyə Mülki Müdafiə Agentliyi bu gün (2 mart) səhər Yəmən qüvvələri tərəfindən atılan bir raketin Cizan bölgəsini vurduğunu təsdiqləyib.

Tashaio.com xəbər verir ki, SkyNews şəbəkəsinin Tvitter səhifəsində yazılan xəbərə görə, təşkilat tərəfindən verilən açıqlamada bildirilir ki, Yəmən raketinin Cizandakı ərazilərə düşməsi nəticəsində 5 nəfər yaralanıb.

 

Dünən (1 mart) axşam Yəmən və Səudiyyə rejiminin mənbələri Cizan sənaye qəsəbəsində partlayış səsi eşidildiyini bildirmişdi.

 

Həmin vaxt bəzi səudiyyəli mənbələr ölkənin hava hücumundan müdafiə sisteminin Cizan səmalarında bir ballistik raketi vuraraq məhv etdiyini iddia etmişdi.

 

Xəbər, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Səriinin dünən Yəmən ordusunun Səudiyyə rejimini 15 PUA və ballistik raketlə hədəfə aldığını söyləməsi ilə əlaqədardır.

 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü qeyd etmişdi ki, hücum Səudiyyə rejiminin koalisiyasının Yəmənə qarşı etdiyi təcavüzə cavab olaraq edilib və Yəmən xalqına qarşı təcavüzü davam etdiyi müddətə qədər Səudiyyə rejiminin nəzarət etdiyi ərazilərdə hərbi bazalara qarşı hücumlar davam edəcək.

Səudiyyə Mülki Müdafiə Agentliyi bu gün (2 mart) səhər Yəmən qüvvələri tərəfindən atılan bir raketin Cizan bölgəsini vurduğunu təsdiqləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-02-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap