header

 Ənsarullah: “ABŞ hökuməti yəmənlilərdən təcavüzə qarşı döyüşməməyi istəyir”

 Ənsarullah: “ABŞ hökuməti yəmənlilərdən təcavüzə qarşı döyüşməməyi istəyir”

Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Buxaiti Səudiyyə rejiminin mövqelərinə qarşı əməliyyatı doğru və vacib adlandırıb və əməliyyatın dayandırılmasının Ər-Riyadın hərəkətlərinin dayandırılmasından asılı olduğunu bildirib.

Tashaio.com xəbər verir ki, Livanın Əl-Məyadin şəbəkəsinə müsahibə verən Məhəmməd Əl-Buxaiti bildirib ki, Ər-Riyadın Yəmənin raket imkanlarına qarşı durmaq iqtidarında olmadığı qənaətinə gəlib.

 

Müsahibədə Yəmən ordusu və inqilabi xalq komitələrinin həyata keçirdiyi raket və PUA əməliyyatlarının əvvəlki əməliyyatlardan fərqli olduğunu söyləyən Əl-Buxaiti, belə deyib: “Bu hücümda vacib hədəflər vurulmuşdu”.

 

Ənsarullah hərəkatının siyasi bürosunun yüksək səlahiyyətli üzvü bu cür əməliyyatların davam edəcəyini bildirərək, belə deyib: “Əməliyyatın dayandırılması Səudiyyə rejiminin koalisiyasının Yəmənə hücumlarının dayandırılması və mühasirənin götürülməsi ilə şərtlənir. Milli Qurtuluş Hökuməti və Ənsarullah hücumlar dayandırıldıqdan sonra siyasi həll yolunu müzakirə etməyə hazırdır”.

 

Buxaiti Səudiyyə rejimində yaşayanların hərbi mövqelərdən uzaq durmağa çağıraraq, deyib ki, yəmənlilərin bu mövqeləri hədəfə almaq haqqı var.

 

Əl-Buxaiti Səudiyyə rejiminin blokadasını koalisiyanın Yəmənə birbaşa hərbi hücumlarından daha təhlükəli adlandırıb.

 

“ABŞ-ın yeni rəhbərliyi yəmənliləri hücumlara son qoyulmasına və Yəmən mühasirəsinin aradan qaldırılmasına çağırmadan Səudiyyə rejiminin koalisiyasına qarşı mübarizəni dayandırmağa çağırır”, - deyə o, bildirib.

 

Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Buxaiti Səudiyyə rejiminin mövqelərinə qarşı əməliyyatı doğru və vacib adlandırıb və əməliyyatın dayandırılmasının Ər-Riyadın hərəkətlərinin dayandırılmasından asılı olduğunu bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-02-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap