ABŞ-ın İraq qərargahını vurması nəticəsində 30-dan çox ölən və yaralanan var
ABŞ-ın İraq qərargahını vurması nəticəsində 30-dan çox ölən və yaralanan var
Posted on : Digər sahələr 02/28/2021
İraq parlamentindəki Əl-Fəth Koalisiyasının rəhbəri Hadi Əl-Amiri ABŞ-ın Suriyanın şərqində Əl-Həşduş Şəbi və İraq Silahlı Qüvvələrinin qərargaharını hədəfə aldığını vurğulayaraq, hücum nəticəsində 30-dan çox İraq əsgərinin öldüyü və yaralandığını bildirib.
Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, Hadi Əl-Amiri baş nazir Mustafa Əl-Kazımini ABŞ-ın Suriya-İraq sərhədinə hücumları ilə bağlı istintaq başlatmağa çağırıb.
UNews-un verdiyi məlumata görə, Əl-Əmiri belə deyib: “Əldə etdiyimiz məlumatlar Vaşinqtonun iddialarının əksinə olaraq, bu hücumun hədəfinin Suriyadakı İraq İslami Müqavimətinin yox, Əl-Həşduş Şəbi olduğunu göstərir.
Vaşinqtonun İraq hökuməti ilə Pentaqon arasındakı əməkdaşlıq hesabını araşdırmaq istəyirik”.
Fəth koalisiyasının siyasi komitəsinin sədri və İraq parlamentinin üzvü Əhməd Əl-Əsədi də cümə günü verdiyi açıqlamasında bunları deyib: “Fevralın 25-i axşam ABŞ-ın Suriya ilə sərhəddəki İraqın Əl-Həşduş Şəbi qüvvələrini və hərbi kazarmaları hədəfə alan təcavüzü nəticəsində 30 nəfər öldü və yaralandı.
ABŞ-ın Əl-Həşduş Şəbi təşkilatının və İraq silahlı qüvvələrinin Suriya ilə sərhədindəki kazarmalarını dəfələrlə bombalaması, suverenliyin açıq şəkildə pozulmasıdır.
İraq hökuməti, millət və siyasi qrupların bu təcavüzlərə qarşı mübarizə üçün birləşməlidirlər”.